Baxdığımız pəncərədən nələr görürük, nələrə şahid oluruq, gördüklərimizdən nəyi anlayır, yaxud anlamağa çalışırıq, anladıqlarımızdan bizdən sonra gələnlərə nələri anlatmaq istəyirik görəsən? Bu müəmmalarla, sirlərlə dolu həyatın bir parçası bizim seçdiyimiz peşəmizdir. Müqəddəs peşə - MÜƏLLİM. Müəllim hər zaman cəmiyyət üzvlərinin diqqət mərkəzində olan şəxsiyyətlərdir. Bəzən sual verirlər - "Müəllim daha çox bilir, yoxsa şagirdləri?" Müəllim şagirdlərini gələcəyə hazırlayan, ona ilham verən şəxsiyyətdir. Öyrənməyə ilhamlandıran, şagirdlərinin həyatında iz buraxan şəxsiyyət. Son zamanlar bu şəxsiyyətlərin nüfuzuna qısqanclıqla yanaşanlar çoxalıb. Hətta adını "oğurlayıb" başqa peşə sahiblərini də "müəllim" deyə çağıranlar da həddindən çoxdur. Bunun müsbət və mənfi tərəfləri də var. Kiməsə hörmət mənasında müəllim deyirlər ki, bu halda müəllimin nüfuzuna xələl gəlmir. Amma elə yerdə bəzən elə insanlara "müəllim" deyə səsləndiklərini eşidirik ki, doğrusu xətrimizə dəyir. Müəllim sözü müraciət formasına çevrilib.
Müəllim adının nüfuzunu,hörmətini yüksəltmək, onların adını özünə qaytarmaq məqsədi daşıyan yeni bir layihə ilə qarşınıza çıxmağa haxırlaşırıq. Tezliklə yeni Tədris mərkəzimiz fəaliyyətə başlayacaq. Fəaliyyət istiqamətləri çoxsahəlidir. Öz bilik və bacarığını maksimum dərəcədə istifadə edərək özümüzü və adımızı doğrultmaqda qərarlıyıq. "NEW DAY" tədris mərkəzimizin açılışına övladlarının, həmçinin özünün, yaxınlarının inkişafına töhfə vermək istəyən hər kəs dəvətlidir. Açılış günündə mərkəzimizlə tanış ola və xidmətlərimizdən yararlanmaq üçün müraciət edə bilərsiniz.