Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Namizəd İsmayılov müraciət edən vətəndaşları niyə dinləmir? Beləki, işçilərdən biri əmək haqqının az olması səbəbilə Namizəd İsmayılovun qəbuluna gedərək, özünün problemi barədə söhbət açmaq istəmişdir. Lakin onun sözləri elə ağzında yarımçıq kəsilmişdir. Ama vətəndaş macal tapıb qızının xəstə olduğunu bildirmiş və imkanının olmaması səbəbindən işinin başqa işlə əvəzlənməsini istəmişdir. Ama yenədə onun sözü kəsilərək maraqlı bir cavab almışdır. MKTB-nin müdiri, iki nəfər pensioner var, onlar çıxsın baxarıq, deyə cavab vermişdir. Vətəndaş Xəlilov Kənan bu barədə bizə müraciət etdi. Bizdə öz növbəmizdə Namizəd bəylə əlaqə saxlasaqda telefonumuza cavab vermədi. Daha sonra vətəndaşın ərizəsini onun vhatsapına göndərdik, yenədə saymamazlıq edib salamımızı belə, almadı. Hətta vətəndaş öz növbəsində övladının müalicəsinin bizim tərəfdən təmənnasız aparıldığını söyləsədə, yenədə aldığı cavab nə vətəndaşı, nədə bizi sevindirmədi. Cavabda deyilirdi: İctimai Nəzarətin nə etdiyi mənim üçün maraqlı deyil, get işində ol. Hələdə belə özbaşnalıqların olması xalqı dövlətdən narazı salır. Ama bu gün biz hər birimiz bütün məsələlərdə Cənab Prezidentimizə kömək etməliyik. Əsas odurki, Şah qanun deyil, Qanun şahdır. Allah dövlətimizi qorusun.