Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Tarix:25-01-2024, 10:51 Baxış Sayı:518 Kateqoriya:Gündəm / Cəmiyyət
Paytaxt Bakıda bəzi otellər, saunalar, ailəvi istirahət mərkəzləri var ki, onlar əxlaqsız yuvası kimi fəaliyyət göstərir. İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin otellərə üz tuturlar. Həmin otellər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər. Doğrudanda böyük bir xəcalətdir. “Obyekt günün istənilən saatında açıqdır. Axşam saatlarında isə həmin obyektin qarşısından keçmək mümkün deyil. Hər gün ora yüngül həyat tərzi keçirən qadınlar gəlir. Obyekt yol kənarında yerləşdiyinə görə gün ərzində onun qarşısından ailə, qadın, uşaqlar keçir. Yaşayış yerinin yanında belə bir obyektin mövcud olması nə dərəcə düzgündür? Qeyd olunan səhifədə həmin obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini sübut edən şəkillərdə mövcuddur”. Belə insanların yalnız bir məqsədləri olur. Nəyin bahasına olursa olsun,nə olursa olsun ancaq pul qazanmaq məqsədi güdülür. Belə insanlar üçün nə Vətən məfhumu, nə də xalq qeyrətini çəkmək anlamı vardır. Əxlaqsız yuvaları saxlamaqla qadın biznesi ilə məşğul olur, qadınları pis vərdişə düçar edirlər. Nəticədə haram -kələkli yollarla qazandığı pullarla eyn -işrət sahiblərinə çevrilirlər. Bahalı maşınlarda gəzərək evlərinə qayıdanda da bahalı marketlərdən bahalı bazarlıq edərək ailələrinə öz "halal"zəhmətlərindən
kefləri istədiyi nemətləri yedizdirirlər. Hələ hərdəndə qohum -qonşunun, tanış -bilişin yanında lovğalana -lovğalana öz bacarıqlarından ucadan danışıb fəxr edirlər.
Mövzu ilə bağlı hotellə əlaqə saxladıq. Otelin rəhbəri bildirdi ki, Bu otel haqqında yazsanız, sizi məhkəməyə verəcəyik.
Hətta Nikah kağızı olmadan otelə insanları qəbul edirlər. Bu isə Azərbaycan cəmiyyətinə yaraşmayan haldır.
Daha ətraflı növbəti sayımızda.