Qarabag Media

Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır

Tarix:20-02-2023, 16:11 Baxış Sayı:171 Kateqoriya:Gündəm / Cəmiyyət


1992-ci il fevralın 26-sı... Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi kimi bəşəriyyət tarixinə daxil olub və belə də qalacaqdır. O qanlı - qadalı gecədə, həlak olanlar Azərbaycan vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda canlarını qurban veriblər, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhidlik zirvəsinə yüksəlmələri Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Faciədən 30 il keçməsinə baxmayaraq, hadisələr sanki dünən cərəyan etmiş kimidir. Xocalı şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində erməni hərbi birləşmələrinin növbəti hədəfi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı, hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak etdi. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxardı.
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır və bu yaranın yeri bizi qiyamətəcən incidəcək.  Torpaqlarımız işğaldan azad edilsə  də, qəddar düşməndən qisasımızı alsaq  da, ancaq məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımızdan getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizdə kəsmək bilməyən göynərti kimi qalacaq. Xocalı həm də   namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüz olayıdır. Bu ləkəni ermənilər heç vaxt əllərindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər...
Çünki məhz onların millətindən olan qaniçən cəlladların XX yüz ilin sonunda Xocalıda törətdikləri soyqırımı və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir.  Xocalının işğalından 30 il keçməsinə baxmayaraq erməni faşistlərindən  və  imperiya ordusunun 366-cı motoatıcı alayının  şərəfsiz əsgərlərinin  Xocalının əliyalın  sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikdə  qaysaq bağlamayan yaralar  göynəyir, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət artır.  44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  30 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun   Xocalı həqiqətlərinin   beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı  döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan»  deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə  dalğalandırdıqları üçrəngli  bayraqlarımız Xocalı soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur.

Elxan Yaqubov 
Bioloji Təbabət Klinikasının təsisçisi



Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq