Qarabag Media

Afət Camalova: Qürur və milli birliyimizin simvolu

Tarix:10-11-2025, 23:13 Baxış Sayı:57 Kateqoriya:Təhsil

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qalacaq”

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Afət Camalova - Bayraq xalqın azadlıq məfkurəsinin, dövlətçiliyinin və milli kimliyinin canlı simvoludur. Azərbaycan üçün isə üçrəngli Dövlət Bayrağı həm tarixi irsimizin, həm də müasir uğurlarımızın ən parlaq ifadəsidir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Dövlət Bayrağı Gününün tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumət iclasında qəbul edilmiş və həmin binanın üzərində qaldırılmışdır. Qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan bu bayraq milli istiqlal ideologiyasının üç əsas prinsipini – Türkçülük, müasirlik və islamçılıq – özündə ehtiva edirdi. Bu ideyanın müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə idi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı olaraq təsdiqləndi. O, xatırladırdı:
“Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq. Hələ Sovet hakimiyyəti də var idi. Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır.” Daha sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı rəsmi Dövlət Bayrağı elan etdi və beləliklə, müstəqil Azərbaycan dövlətçiliyinin simvolu yenidən mavi göylərdə dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir. Dövlət Bayrağı qanunla qorunan rəmzdir və onun istifadəsi xüsusi qaydalarla tənzimlənir. 2018-ci il Konstitusiya Qanunu bayrağın ölçü, rəng və simvolikasını müəyyən edir: yuxarı mavi, orta qırmızı, aşağı yaşıl zolaq; qırmızı zolağın ortasında isə ağ rəngdə aypara və səkkizguşəli ulduz yerləşir. Bu rəmzlər milli kimliyin, azadlıq məfkurəsinin və ümumbəşəri dəyərlərə sadiqliyin simvoludur. Dövlət Bayrağı milli həmrəyliyin və ümumi azərbaycançılıq məfkurəsinin əsas rəmzidir. Ulu Öndər Heydər Əliyev vurğulayıb: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bayrağın əhəmiyyətini belə ifadə edib:
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.” Dövlət Bayrağı yalnız milli bir rəmz deyil, həm də qələbəmizin simvoludur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağın ucaldılması tarixə yazıldı. Bu, milli kimliyimizin, qürurumuzun və sabaha ümidlə baxan addımlarımızın rəmzidir. Şuşa, Xankəndi və digər azad edilmiş ərazilərdə bayrağın ucaldılması Azərbaycan xalqının qələbə ruhunu və dövlətçiliyə sadiqliyini simvollaşdırır.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşını birləşdirən müqəddəs gündür. Bayrağa hörmət göstərmək yalnız qanuni vəzifə deyil, eyni zamanda vətənimizə, millətimizə və dövlətimizə olan sevgi və sədaqətin ifadəsidir. Üçrəngli bayrağımız hər zaman mavi göylərdə dalğalanacaq, gələcək nəsillərə azadlıq, qürur və milli birliyimizin simvolu kimi miras qalacaq.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider