Böyük şəhərlərin gündəlik nizamlı həyatı görünməz, lakin həyati əhəmiyyət daşıyan bir sahənin – mənzil-kommunal təsərrüfat sisteminin düzgün və dayanıqlı işləməsi ilə mümkündür. Bu sistemin hər detalı – küçələrin təmizliyi, həyətlərin abadlığı, binaların istismar vəziyyəti, yaşıllıqların qorunması və texniki xidmət – arxasında fədakar və məsuliyyətli insanların əməyi dayanır. Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Fəxrəddin Məmmədov bu zəncirin mühüm və etibarlı halqalarından biri, eyni zamanda sistemli idarəçiliyi, dövlətə sədaqəti və vətəndaşa xidmət fəlsəfəsi ilə seçilən nümunəvi bir rəhbərdir.
Fəxrəddin Məmmədov uzun illərdir ki, mənzil-kommunal sahədə fəaliyyət göstərən, bu sahənin çətinliklərini dərindən bilən, idarəçilik təcrübəsini isə daim təkmilləşdirən bir mütəxəssisdir. Onun rəhbərliyi dövründə Xətai rayonunda məhəllələrin səliqə-sahmanı, həyətlərin abadlaşdırılması, zibil daşınmasının operativ təşkili, binaların texniki baxışdan keçirilməsi, yaşıllıqların qorunması istiqamətində mühüm addımlar atılıb.
O, kommunal sahəyə yalnız texniki idarəçilik kimi yox, eyni zamanda ictimai məsuliyyət kimi yanaşır. Onun üçün hər bir küçənin təmizliyi – insanların sağlamlığının, hər bir binanın baxımlı olması – şəhər mədəniyyətinin göstəricisidir.
Fəxrəddin müəllim işə kabinetdən deyil, sahədən nəzarət edən rəhbərdir. İstər qarlı hava şəraitində küçələrin buzdan təmizlənməsi, istərsə də yay aylarında kommunal suların sızmasının qarşısının alınması – hər yerdə onu görmək mümkündür. Onun üçün əhəmiyyətli olan – sakinlərin rahatlığı və təhlükəsizliyidir.
Tabeçiliyində çalışan fəhlələr, ustalar, texniki heyət onu sadəcə rəhbər yox, həm də komandalarının bir üzvü kimi qəbul edirlər. Çünki Fəxrəddin Məmmədov əməkdaşlarına dəyər verir, onları dinləyir, əməyin qiymətləndirilməsinə xüsusi diqqət ayırır.
Fəxrəddin Məmmədovun fəaliyyətinin fərqləndirici cəhətlərindən biri də sosial həssas təbəqələrə – şəhid ailələrinə, qazilərə, aztəminatlı və tənha yaşayan şəxslərə göstərdiyi xüsusi diqqət və qayğıdır. O, bu ailələrin yaşadığı binaların ümumi sahələrinin, həyətlərin və məhəllələrin daha baxımlı olması üçün xüsusi tədbirlər həyata keçirir, onların müraciətlərinə şəxsən nəzarət edir.
Bu yanaşma, onun işinə təkcə peşəkar deyil, insani və vətənpərvər münasibət göstərdiyinin bariz sübutudur.
Fəxrəddin Məmmədov klassik idarəetmə yanaşmasını müasir tələblərlə uzlaşdırmağı bacaran rəhbərlərdəndir. Texniki xidmət sahələrində yeni texnologiyaların tətbiqi, müasir avadanlıqların alınması, kadr potensialının gücləndirilməsi və resursların effektiv idarə olunması sahəsində ciddi təşəbbüslərlə çıxış edir.
Bu gün Xətai rayonunda həyata keçirilən bir çox uğurlu kommunal layihələrdə onun düşüncəsinin, planlamasının və nəzarət mexanizminin izi aydın görünür.
Fəxrəddin Məmmədov – şəhər mədəniyyətinə, vətəndaş rahatlığına və dövlətə sədaqətli xidmətə töhfə verən səssiz qəhrəmanlardandır. Onun rəhbərliyi ilə Xətai rayonu daha abad, daha səliqəli, daha yaşanılan bir məkana çevrilib. O, vəzifəsini icra etməklə yanaşı, insanlara xidmət etməyi həyat tərzinə çevirən, etibar olunan bir məmurdur.
Bu gün şəhərin təmizliyi, nizamı və gündəlik rahatlığı üçün çalışan şəxslər arasında Fəxrəddin Məmmədovun adı həmişə hörmət və etibarla çəkilir. Çünki o, hər daşın arxasında insan rahatlığını düşünən bir rəhbərdir.