Qarabag Media

Gəncədə hesabat yığıncağı keçirilib

Tarix:Вчера, 22:38 Baxış Sayı:53 Kateqoriya:Gündəm / Cəmiyyət


Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, universitet rektrorları,  şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin, sənaye, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları hesabat yığıncağına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə şəhərdə fəaliyyət göstərən iri sənaye müəssisələrində istehsal olunan məhsul nümunələri nümayiş etdirilib.
Hesabat yığıncağında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Niyazi Bayramov çıxış edərək bildirib ki, 2025-ci il qarşıda duran sosial və iqtisadi vəzifələrin icrası, nəzərdə tutulmuş proqramların reallaşdırılması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması baxımından Azərbaycan üçün uğurlu il olub. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti, sistemli islahatlar və qətiyyətli addımlar nəticəsində ölkənin dayanıqlı inkişafına nail olunub. Bildirilib ki, ötən ilin avqust və sentyabr aylarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə səfərləri şəhər ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb.
Qeyd olunub ki, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı elan olunub. Hesabat dövründə Gəncə və daha altı şəhər – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edib. Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. On gün davam edən yarışlarda MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və digər ölkələrdən ümumilikdə 2400 nəfərlik idman nümayəndə heyəti iştirak edib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkənin bütün regionlarında, o cümlədən Gəncə şəhərində də inkişaf dinamikası 2025-ci ildə davam edib. İl ərzində şəhərin iqtisadi göstəriciləri artıb, qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri yaradılıb və yeni iş yerləri açılıb.
Hesabat yığıncağında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, “Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Gəncə Şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev, “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Amin Əliyev, “Rövşən Oğuz” Qrup MMC-nin baş direktoru Hafiz Mustafayev və şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Yekunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə bütün sahələrdə mühüm nailiyyətlər əldə olunduğunu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət səsləndirilib, 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonda il ərzində şəhərin ictimai, sosial-iqtisadi və abadlıq-quruculuq sahələrində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə”lərlə təltif olunub.




  

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncədə hesabat yığıncağı keçirilib
Tahir Abbasov: “Qan yaddaşımızın 20 yanvar səhifəsi - milli iradənin zəfəri və qürur tarixi”
Şamaxının İnkişafına Sadiq Lider: Tahir Məmmədovun Vətənpərvər və Fədakar Xidməti
Əfqan Xudaverdiyev: Tarix Yaradan Liderin Doğum Günü: Azərbaycanı Zəfərə Aparan İlham Əliyev
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı