Qarabag Media

Tamerlan Əkbərov: Azadlıq, suverenlik və müstəqil dövlətçiliyin rəmzi

Tarix:10-11-2025, 23:02 Baxış Sayı:50 Kateqoriya:Təhsil



Azərbaycan Kooperasiya Universitetinin Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov - Azərbaycan tarixində elə günlər var ki, həm milli qürurun, həm də dövlətçilik ideallarının ali təcəssümünə çevrilib. 9 Noyabr – Dövlət Bayrağı Günü də məhz bu mənəvi və ideoloji dəyərlərin təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil: “O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir”.
Azərbaycan bayrağının tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə – 1918-ci ilin 9 noyabrına gedib çıxır. Həmin gün Cümhuriyyət hökumətinin qərarı ilə üçrəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət Dövlət Bayrağı qəbul olundu. Bu bayraq o dövrdə müstəqil dövlətin ideoloji dayağına çevrildi, lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə birlikdə bu rəmz də dövlət statusunu itirdi. Aradan ötən uzunmüddətli dövrdən sonra xalqımızın milli yaddaşında yaşayan bu bayraq yenidən dirçəldi və azadlıq arzularının rəmzi oldu.
Bu ideyanı yenidən həyata qaytaran tarixi qərar isə 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində qəbul edildi. Məhz həmin sessiyada üçrəngli bayraq Naxçıvan MR-in Dövlət Bayrağı elan olundu və Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın ümumrespublika səviyyəsində təsdiqi ilə bağlı vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağı yenidən dövlət rəmzi statusuna qaytardı.
Müstəqilliyin bərpası ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları, o cümlədən onun müqəddəs rəmzləri yenidən həyat qazandı. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında da bu varislik aydın şəkildə əksini tapdı.
Müstəqillik illərində üçrəngli bayrağımızın ucaldıldığı hər bir məkan milli qürurumuzun təntənəsinə çevrilib. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə paytaxt Bakıda yaradılan Dövlət Bayrağı Meydanı isə bu müqəddəs rəmzə verilən yüksək dəyərin bariz ifadəsidir.
Dövlət Bayrağı Gününün hər il noyabrın 9-da qeyd olunması isə Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsbit olundu. Həmin qərar üçrəngli bayrağımıza dövlət səviyyəsində ehtiramın ifadəsi olmaqla yanaşı, milli şüurun və dövlətçilik təfəkkürünün möhkəmlənməsi istiqamətində mühüm addım idi.
Bayrağımızın mavi rəngi türk mənşəyimizi, qırmızı rəngi müasirliyi və inkişafı, yaşıl rəngi isə milli-mənəvi dəyərlərimizi və İslam mədəniyyətinə mənsubiyyətimizi təcəssüm etdirir. Bu rənglər Əli bəy Hüseynzadənin ideya kimi formalaşdırdığı “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturunu təcəssüm etdirir.
2010-cu il sentyabrın 1-də açılışı olan Dövlət Bayrağı Meydanında dünyanın ən uca bayraqlarından biri qaldırılmış, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi fəaliyyətə başlamışdır. 2024-cü ilin noyabr ayında isə meydan yenidən bərpa edilərək daha möhtəşəm görkəmdə istifadəyə verilmiş, Prezident İlham Əliyev Azərbaycan Bayrağını təntənəli şəkildə qaldırmışdır. Hazırda burada dünyanın ən böyük dövlət bayrağı dalğalanır.
Bu meydan həm də tarixi yaddaşın qorunduğu məkandır. Yenilənmiş Dövlət Bayrağı Muzeyində “Zəfər qalereyası” adlı xüsusi ekspozisiya yaradılmışdır. Burada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər üçrəngli bayrağımızın şanlı tarixində yeni bir mərhələ açdı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bayrağımız işğaldan azad edilmiş torpaqlarda yenidən dalğalanır. Bu, yalnız hərbi Qələbə deyil, həm də milli ruhun, birlik və dövlətçilik əzminin təntənəsi idi.
Üçrəngli bayrağımız qlobal arenada müstəqil dövlətimizin qürur simvolu kimi ucalır. Beynəlxalq təşkilatların qərargahlarında, diplomatik nümayəndəliklərdə və dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağı dalğalanır. Hər bir vətəndaş üçün bu bayraq azadlığın, suverenliyin və milli birliyin əlamətidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider