Qarabag Media

Hacı Həsən Hüseynoğlu: Tarixdə əbədi yaşayacaq qələbə

Tarix:15-10-2024, 11:13 Baxış Sayı:19 Kateqoriya:Siyasət



Binə qəsəbəsi İmam Rza (ə) məscidinin axundu Hacı Həsən Hüseynoğlu - 44günlük Vətən müharibəsində xalqımızın qəhrəman oğullarının dünya hərb tarixinə düşən şücaəti dillərə dastan oldu. Qüruredici haldır k, Azərbaycanın tarixi zəfərə imza atdığı hər günü, hər anı xalqımız fəxrlə bayram edir. Xalqımızın möhtəşəm Zəfərinin sədası ötən ilin 15 oktyabrında dünyaya düşmən işğalından azad edilən Xankəndidən yayıldı.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında qeyd etdi: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.”
Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Azərbaycan xalqının torpağından bir qarış belə düşmənə güzəştə getməyəcəyi mesayını Xankəndi şəhərindən verdi. Tarixi Qələbənin üçüncü ildönümündə ölkə Prezidenimizin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədədə ucaltdığı üçrəngli bayrağımızın Zəfər təntənəsini daha əlamətdar oldu.
Tarixi qələbədən 3 il sonra Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi paradın keçirilməsi xalqımıza qürur dolu bir gün yaşatdı. 1919-cu ilin iyul ayında Xankəndidə keçirilən hərbi paraddan sonra Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünü xalqımız haqq savaşımızın fədailərini anaraq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram bildirilərək qeyd edildi. Bu tarixdə, düşmən üzərində qazanılmış həmin gün üçrəngli bayrağımız daha qürurla, əzəmətlə dalğalandı. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini Xankəndidə yaşadıq. Döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərərək düşməni məhv edən, yağıları torpaqlarımızdan qovan Azərbaycan Ordusunun və başqa güc strukturlarının şəxsi heyəti Xankəndinin baş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısından təntənəli addımlarla keçdi.
"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi....
Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq söylədiyi bu fikrlər təsdiq edir ki, Azərbaycanın möhtəşəm qələbəsi tarixdə əbədi olaraq yaşayacaq.
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq bu tarixi hadisə, həmçinin Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"