Qarabag Media

Məmməd Musayev: İnkişafın yeni dövrü

Tarix:12-03-2024, 12:01 Baxış Sayı:200 Kateqoriya:Siyasət

Məmməd Musayev: Aparıcı mövqe, uğurlu tərəfdaşlıq

“Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev irsi və Prezident İlham Əliyev missiyası şərəflə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bütün yüksək nailiyyətlər Lider-Xalq birliyinin nəticəsi olaraq qazanılan daxili gücün hesabına əldə olunub və ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Aparılan genişmiqyaslı islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. İqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.

Hacı Salayev: İnkişafın yeni dövrü

Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirməsi, parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verərək söylədiyi fikirlər, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı apardığı təhlillər Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının parlamentdə çıxışı zamanı qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması xüsusilə təqdirəlayiqdir. Ölkə Prezidentinin yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söyləməsi parlament üçün yeni vəzifə, yeni səlahiyyət oldu və bu da qanunvericiliyin icrasına və vətəndaş məmnunluğuna hədəflənmişdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərir. Azərbaycan Parlamenti konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir.

Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq parlamentin sədri qadın seçilmişdir. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşmışdır. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.

Bu bir həqiqətdir ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.

Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün özünəməxsus tələbləri var. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm tələblərindən biri oldu. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır.

Hacı Salayev: İnkişafın yeni dövrü

Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xocalıda, Xankəndində dalğalanır. Qədirbilən xalqımız Heydər Əliyev irsinin və Prezident İlham Əliyev missiyasının şərəflə davam etdirilməsinin xöş təəssüratları və uğurlu nəticələri ilə yaşayır.

Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız əmindir ki, yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərən Milli Məclis işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur və bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqda davam edəcək.
 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"
QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
QHT rəhbəri Yasəmən Qəyyumlu Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib