Qarabag Media

Fəzair Piriyev: Düşünülmüş siyasətin təzahürü

Tarix:21-07-2023, 14:19 Baxış Sayı:208 Kateqoriya:Siyasət

Fəzair Piriyev: Düşünülmüş siyasətin təzahürü


Bərdə Yeni Daşkənd bələdiyyəsinin sədri Fəzair Piriyev“Dövlət başçısı İlham Əliyev iyulun 20-də Füzuli və Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etdi. Bu mühüm addım bir daha təsdiqlədi ki, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin sosial-iqtisadi inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış oldu, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinin ümumi mənzərəsində bərpa-quruculuq işlərinin müasir tələblər səviyyəsində sürətlə həyata keçirildiyi özünün aydın ifadəsini tapdı. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Belə ki, diqqət yetirsək yol infrastrukturunun çox qısa zamanda yeniləndiyini, bərpa edildiyini görərik. Yeni avtomobil, dəmir yolunun çəkilişi, hava limanlarının tikintisi diqqətdən kənarda qala bilməz. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yol-nəqliyyat infrastruktunun bərpasına yönələn addımlarla yadda qalır. Füzuli rayonundan Qarabağın tacı Şuşaya çəkilən Zəfər yolu çox qısa zamanda istifadəyə verildi. Bu yol, eyni zamanda, böyük rəmzi məna daşıyır. Dünyaya səs salan və dastana çevrilən Şuşa əməliyyatına aparan bu yol şanlı Zəfərimizin təqdimatıdır. 2020-ci ildə cənab İlham Əliyev, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının səfəri çərçivəsində tikinti işləri ilə tanışlıq zamanı məlumat verildi ki, yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.”

Ümumiyyətlə, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq.”

İrəli sürülən təşəbbüslərin reallığa çevrilməsində  yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Əlverişli biznes mühitinin yaradılması ilə bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığı möhkəmləndirilir: “Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirmək kifayətdir. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir.”

Dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha belə bir reallığı diqqətə çatdırdı ki, qazanılan uğurlar düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır.

 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider