Qarabag Media

Vüsal Hüseynov: 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

Tarix:20-01-2026, 22:49 Baxış Sayı:44 Kateqoriya:Siyasət



Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov - 20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Biz Qanlı Yanvar faciəsində həmin o müdhiş gecədə Vətən, azadlıq və istiqlaliyyət uğrunda həlak olan şəhidlərimizin 36-cı ildönümünü dərin ehtiramla yad edirik.
20 Yanvar 1990-cı il Azərbaycan tarixində faciəli bir gündür. Lakin eyni zamanda, həmin gecə və gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə ucalmaq qüdrətini bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də bu gün biz həm dərin kədər, həm də böyük qürur hissi keçiririk. Çünki xalqımız qəhrəman, əyilməz və sınmaz bir xalqdır.
Həmin gün Sovet hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Günahsız insanların qətli və böyük itkilərlə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı apardığı antihumanist siyasətinə dözməyən xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, məğrurluğunu və qətiyyətini nümayiş etdirdi.
Təəssüf ki, həm SSRİ rəhbərliyi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görmədilər. Əksinə, bu dəhşətli hadisəni ört-basdır etməyə çalışdılar. Lakin 20 Yanvar faciəsindən bir gün sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşməsi və sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayəti açıq şəkildə ifşa etməsi o dövrdə xalqımız üçün böyük dayaq və mənəvi təsəlli oldu. Xalq həmin ağır günlərdə tək və köməksiz olmadığını hiss etdi.
Bir müddət sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti verdi. Yalnız Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi, cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.
Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim uca tutulduğu kimi, onların ailə üzvləri də dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda, 20 Yanvar hadisələri zamanı sağlamlığını itirmiş əlillərin sosial müdafiəsi və pensiya təminatı hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilib, onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsi üçün möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu istiqamətdə dövlət başçısı tərəfindən mühüm sərəncam və fərmanlar imzalanıb.
1990-cı ilin yanvarında Sovet İmperiyası qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi bu cinayətdən illər keçsə də, həmin vəhşilik öz tarixi və siyasi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi 8 noyabrda Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən işğalına son qoyulması ilə başa çatdı. Bu tarixi Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.
Dövlətimizin başçısısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna dərin ehtiram göstərir və xatirələrini hər zaman uca tutur.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncədə hesabat yığıncağı keçirilib
Tahir Abbasov: “Qan yaddaşımızın 20 yanvar səhifəsi - milli iradənin zəfəri və qürur tarixi”
Şamaxının İnkişafına Sadiq Lider: Tahir Məmmədovun Vətənpərvər və Fədakar Xidməti
Əfqan Xudaverdiyev: Tarix Yaradan Liderin Doğum Günü: Azərbaycanı Zəfərə Aparan İlham Əliyev
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı