Qarabag Media

Elşad Abdullayev: Ağdam şəhəri Qarabağın iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcəkdir

Tarix:20-11-2025, 00:17 Baxış Sayı:46 Kateqoriya:Siyasət

Mahmud Bağırov: Yeni, nümunəvi və mütəşəkkil həmrəylik modeli formalaşdırılıb

20 Noyabr – Ağdam şəhəri günü işğaldan azad edilmiş ərazilərdə yeni dövrün başlanması, dağıdılmış şəhərin yenidən dirçəlməsi və tarixi ədalətin bərpasının təntənəsidir. Bu tarix həm də Qarabağın strateji mərkəzi olan Ağdamın müasir inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.
“Ağdam” toponimi qədim türk dilində “kiçik qala” mənasını daşıyır. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli tayfalar özlərini müdafiə etmək məqsədilə əsasən kiçikhəcmli qalalar inşa edirdilər. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xan bu ərazidə öz yaşayış imarətini ağ daşdan tikmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün istiqamət nişanına çevrilmişdir. Bu mənada “Ağdam” həm işıqlı, həm də günəş şüaları ilə nurlanmış ev anlamı daşıyır. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən bu torpaq qədimdən təbiəti, zəngin mədəni irsi və strateji əhəmiyyəti ilə seçilmişdir. Burada yaşayan əhali uzun əsrlər ərzində zəngin ənənələr və mədəni irs formalaşdırmışdır.
1993-cü il 23 iyul tarixində Ağdam uğrunda 42 gün davam edən döyüş nəticəsində rayon ərazisinin 73 faizi işğal edilmişdir. İşğal nəticəsində 882 kvadrat kilometr ərazi, rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçmiş, 128 min sakin məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Həmin dövrdə minlərlə insan yaralanmış, 6 mindən çox şəhid verilmiş və əhali öz doğma torpaqlarından qovulmuşdur. İnsanlar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq ağır sosial və iqtisadi şərtlər altında həyatlarını davam etdirmişlər.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğalçı qüvvələrin Ağdamdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, lakin Ermənistan beynəlxalq qərarlara məhəl qoymamışdır. Eyni zamanda işğal zamanı coğrafi adların dəyişdirilməsi, mülki əmlakın talan edilməsi və tarixi-mədəni abidələrin dağıdılması kimi cinayətlər törədilmişdir. Ağdam bu səbəbdən “Qafqazın Xirosiması” kimi tanınmışdır.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın suverenliyinin bərpası və tarixi ədalətin təminatı ilə nəticələndi. 10 noyabr Bəyanatına əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana təhvil verilmişdir. Bu faktor həm də insan tələfatının qarşısını almışdır. Eyni ildə Prezident İlham Əliyev tərəfindən “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və 5.790 hərbi qulluqçu medalla təltif edilmişdir. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 20 noyabr isə rəsmi olaraq Ağdam şəhəri günü elan edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Baş plana əsasən, Ağdam azad edilmiş ərazilərin ən böyük şəhərinə çevriləcək və burada 100 min nəfərdən çox əhali yaşayacaqdır.
Hazırda Ağdamda geniş tikinti-quruculuq işləri davam edir, şəhərin beş məhəlləsi nəzərdə tutulub və ikinci məhəllədə 66 bina artıq tikilməyə başlanıb. Paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində birinci mərhələnin açılışı həyata keçirilib və digər kəndlər üzrə layihələndirmə işləri davam etdirilir. 2025-ci ilin oktyabrına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına qayıdıb.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və ölkədə rezident sayına görə ikinci ən böyük sənaye parkıdır. Burada 28 sahibkarlıq subyekti rezident statusu almış, 4 sahibkara isə qeyri-rezident statusu verilmişdir. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam edir. Sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya qoyulmuş və 938 nəfər daimi işlə təmin edilmişdir. Bu park Qarabağın iqtisadi potensialını bərpa etmək, sənaye sahəsini inkişaf etdirmək və məşğulluğu artırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin ikinci mərhələsi çərçivəsində inşa edilən kompleks 2025-ci il mayın 10-da istifadəyə verilmişdir. Kompleks 8 hektara yaxın ərazini əhatə edir və bütün zəruri infrastruktura malikdir. Burada gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoranlar, əyləncə zonaları və istirahət guşələri yaradılmışdır. Azərbaycan tarixində ilk qapalı dəmir yolu platforması məhz Ağdamda tikilmiş və uzunluğu 350 metrdir. Kompleks regionun nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək və şəhərin iqtisadi dirçəlişinə töhfə verəcəkdir.
Həmin tarixdə istifadəyə verilən Ağdam Muğam Mərkəzi 474 yerlik konsert zalına malikdir. Mərkəzdə həm muğam konsertləri keçiriləcək, həm də muğam tədrisi üçün şərait yaradılacaq. Bu mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətini bərpa etməklə yanaşı, gənc nəsildə muğama sevgi aşılayacaq və mədəni irsin qorunmasına mühüm töhfə verəcəkdir.
20 Noyabr – Ağdam şəhəri günü tarixi ədalətin bərpasını, böyük qayıdışı və gələcəyə yönəlik strateji inkişafı simvolizə edir. Dağıdılmış şəhərin yenidən qurulması tarixi torpaqlara qayıdışı nümayiş etdirir və işğaldan azad edilmiş ərazilərin sosial, iqtisadi və mədəni potensialının tam reallaşdırılmasına zəmin yaradır. Ağdam yenidən dirçəlir, müasir şəhər standartlarına uyğun inşa olunur və yaxın illərdə Qarabağın iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcəkdir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider