Qarabag Media

Hacı Salayev: Ağdam üçün yeni dönəm başlayıb

Tarix:19-11-2025, 23:41 Baxış Sayı:39 Kateqoriya:Siyasət

Hacı Salayev: Zamana və məkana sığmayan böyük Zəfər!

“30 il Azərbaycan ərazilərini işğalda saxlayan Azərbaycan xalqına qarşı soyqırım və etnik təmizləmə aparan Ermənistan bu on illiklər ərzində torpaqlarımızın talanması, infrastrukturun barbarcasına dağıdılması kimi vandalizm aktları icra edib. Azərbaycanlıların evlərini, inzibati binaları, qeyri-yaşayış sahələrini, tarixi, dini mədəni abidələri barbarcasına dağıdan Ermənistan xalqımıza qarşı hərbi cinayət törədib. İşğal dövründə erməni vandalları bütün yaşayış evlərini yağmalayıb, azərbaycanlılara məxsus əmlakı talan edib, mənimsədikdən sonra evlərin divarlarını, daşları sökərək daşıyıb. Bu tarixdə misli-bərbarəi görülməmiş barbarlıq aktıdır. I və II Dünya müharibəsində silahların zərbəsindən dağıdılmış infrastrukturu və yaşayış məntəqlərinin mənzərəsi ilə Qarabağda ermənilərin 30 ildə həyata keçirdikləri barbarlıq müqayisə edilməzdir. Qəbir daşlarını, ölmüş insanların cəsədlərini belə çıxarıb onların metal dişlərini götürən barbar bir toplum 30 il Azərbaycan ərazilərində bütün infrastrukturu dağıtmaqla yanaşı, ekoloji terror həyata keçirib. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə bitməklə yanaşı ərazilərimizdəki erməni barbarlığına da son qoydu. 2020-ci ilin 10 noyabrından sonra Azərbaycan öz tarixi ərazilərində həyatı yenidən canlandırmağa başlayıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş bir günlük lokal anti-terror tədbirləri nəticəsində ölkə ərazisində separatizmin kökü kəsildi. Azərbaycan ərazisi üzərində konstitusiya quruluşu və suverenliyi tam bərqərar olundu. Artıq tarixi torpaqlarımızda böyük-quruculuq abadlıq işləri icra edilir ki, bütün bu amillər ərazinin milli identifikasiyasını, kimə məxsusluğunu bir daha nümayiş etdirir.” 

İşğal dövründə erməni vandalları bütün ərazilərimizdə olduğu kimi Ağdam şəhərində də misli görünməmiş barbarlıq həyata keçirib: “Bir vaxtlar çal-çağırlı, bağlı-bayatlı, regionun iqtisadi-siyasi, mədəni mərkəzi kimi həyat qaynayan Ağdam Ermənistanın məkirli niyyəti və işğalı, vandallığı nəticəsində xaraba şəhərə çevrilib. Təsadüfi deyil ki, azərbaycanlılarla yanaşı, xarici  jurnalistlər, turistlər, beynəlxalq təmsilçilər Ağdamı bu qədim şəhərimzi “Qarabağın Xirosiması” adlandırıblar. Bu erməni barbarlığının azərbaycanlılara qarşı olan nifrətinin, kininin miqyasını bir daha nümayiş etdirmiş olur”.

Hacı Salayev “Ağdam” sözünün etimologiyası və burada tarixən məskunlaşmanın, azərbaycanlıların ərazinin əsl sakinləri olduğunu bildirib: “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşayıb. Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri kimi tanınıb. Ağdam inzibati rayon kimi 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayon 1993-cü il 23 iyul tarixində Ermənistanın işğal siyasətinə məruz qalıb”.

Ağdamın Ermənistan tərəfindən işğalı ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən qətiyyətlə pislənib: “Bununla 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib. Həmçinin bu qətnamə ilə də, işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmaqla işğal siyasətini 30 ilə yaxın davam etdirib. İşğal dövründə  isə Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir”.

Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb: “Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Ağdamın azad olunmasına görə” medalının təsis olunması tarixi qələbəmizin əldə olunmasında xidməti olmuş qəhrəmanlarımıza verilən ən yüksək ali dəyər hesab olunur. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub”.

Hacı Salayev artıq Ağdam üçün yeni bir dönəmin başlandığını bildirib: “Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Ağdamda böyük quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa ediləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Ölkədə ikinci ən böyük 190 ha ərazini əhatə edən Agdam Sənayə parkı  Qarabağın sənayə potensialının  reallsşdırılması,sahikarlığın dəstəklənməsi  əhalinin  istehsal sahəsində məşgulluğun artitilmasına xidmət edəcək.Qisa zaman ərzində Agdam Dəmir Yolu və Avtovogzal Kompleksi, Muğam Mərkəzi və digər müəssisələr fəaliyətə başlaması göstərir ki, burada da həyat yenidən canlanalır. Yurd-yuvalarına geri dönən agdamlılar əmindirlər ki, bu yerlərdə əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayacaqlar”.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider