Qarabag Media

Bu birlik, bu nizam ölkəmizin gələcək qələbələrininin carçısıdır

Tarix:14-11-2022, 18:29 Baxış Sayı:237 Kateqoriya:Gündəm / Cəmiyyət


Ermənistan silahlı bölmələrinin Tovuzda törətdiyi təxribatdan sonra cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunun bir daha şahidi olduq. Ordumuza dəstək məqsədilə keçirilən aksiya bunu deməyə əsas verir. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.

Azərbaycan güclü dövlətdir. Ölkəmizin təhlükəsizliyi, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalıyıq.

Ümumiyyətlə, milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə bütün vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm strateji faktor qismində çıxış edir. Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur - torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.

Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Eyni zamanda, bugünlər xalqımız şəhidlərimizə böyük ehtiram nümayiş etdirdilər.

Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Sözsüz ki, bu məsələdə bütün xalqımız həmrəydir. Xalqımızın bir arzusu var ki, bu da torpaqlarımızın işğaldan azd olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu yolda, vətəndaşlarımız döyüşə getməyə hazır olduğunu bildirirlər.

Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.

Bəli, bu gün Şanlı Ordumuz düşməni darmadağın edərək geri çəkilməyə məcbur etdi. Şəhid verdik, amma tökülən şəhid qanının hər damlası müqəddəs amala çevrilib ürəklərə həkk olundu. Vətən torpaq üçün tökülən qan hər birimizi daha da nikbin olmağa sabaha ümidlə baxmağa səslədi. Ordumuzun növbəti zəfəri Azərbaycan Xalqını işğal olunmuş torpaqlarımızı azad etməyə bir az da yaxınlaşdırdı.

Bütün bunlar hamısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə olan Xalq sevgisinin bariz nümunəsidir. Xalqımız yumruq kimi Cənab Prezidentin ətrafında sıx birləşdi. Məsələ Vətən, Torpaq olunca müxalifət, iqtidar anlayışı aradan götürülür. İqtidarı sərt şəkildə tənqid edən müxalif partiyalar Ölkə Prezidentinin yanında olduqlarını nümayiş etdirdilər. Bu həm də onu göstərdi ki, müxalifət, hətta iqtidarı qatı şəkildə tənqid etsə də Cənab Prezidentimizin siyasətini dəstəkləyir. Bax budur birlik, budur ölkə rəhbərinin uzaqgörənliklə həyata keçirtdiyi siyasətin uğuru.

Vətənini, xalqını sevən hər kəs təmsil olunduğu partiya ilə ölkə rəhbərinə həmrəylik nümayiş etdirdi. Bu birlik, bu nizam ölkəmizin gələcək qələbələrininin carçısıdır. Bu birliklə, bu həmrəyliklə tezliklə üç rəngli Şanlı Hilalımız Dağlıq Qarabağda, Şuşada, Laçında və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaq.
Birliyin mübarək Azərbaycan!

Tural HÜSEYNLİ,
Nəsimi rayon sakini, iqtisadcı .
 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider