Qarabag Media

Nəsimi Rayon DYP Şöbəsinin rəisi Qara Abdullayev: Novruz bayramı münasibəti ilə təbriki

Tarix:18-03-2022, 19:01 Baxış Sayı:882 Kateqoriya:Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək şanlı Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 30 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Qəsri-Qala Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəli idi. 
Ruhun şad olsun Azərbaycan Şəhidi. 
Bütün Azərbaycan xalqı sizinlə fəxr edir.

Qara Abdullayev: Hörmətli həmvətənlər! 
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 
Baharın Azərbaycan torpağına builki gəlişi dövlət müstəqilliyimizin bərpasının iyirmi altı ildönümünə yubiley hazırlıqları ilə üst-üstə düşür. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində özünün iyirminci baharını yaşayan respublikamız Novruz günlərində Beynəlxalq muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən gəlmiş muğam tədqiqatçılarını, xanəndələri və çoxsaylı qonaqları qəbul edir. Xalqımızın əbədi və təkrarsız sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü artıran yeniləşdirici ab-havası ilə yaxından səsləşir. 
Dünya azərbaycanlılarına Novruz bayramı salamlarımı yetirir, azərbaycançılıq məfkurəsi ətrafında onların daha sıx birləşəcəklərinə inamımı ifadə edirəm. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümidvaram ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir. Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm. 
Novruz bayramınız mübarək olsun! 



Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru