Qarabag Media

Zamiq Qurbanov: “Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək”

Tarix:23-09-2022, 10:33 Baxış Sayı:262 Kateqoriya:Gündəm / Cəmiyyət

Zamiq Qurbanov: “Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək”


Cəbrayıl Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov - “Bu gün hər birimiz uzun illər işğal altında olan Laçın şəhərində böyük əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımızı görəndə qəlbimiz fərəh hissi ilə dolur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sentyabrın 21-də şəhərin mərkəzində bayrağımızı ucaldarkən bir daha bildirdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Məlumdur ki, işğala qədər mühüm geostrateji mövqeyə malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Lakin rayonun işğal olunması ölkəmizin iqtisadiyyatına xeyli ziyan vurdu, dövlət və xüsusi mülkiyyətə zərər yetirildi, əhalisi etnik təmizləməyə məruz qaldı. Ermənistanın vandal əməllərinin izləri burada da dərindir. Rayonun təbii resursları talan edilirdi, gəlir mənbəyi kimi istifadə olunurdu. Onlar yaşayış məntəqələrinin coğrafi adlarını dəyişərək özününküləşdirməyə çalışırdılar. Həmçinin beynəlxalq hüququn bütün prinsiplərini tapdalayaraq Suriyadan, Livandan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə həmin ərazilərə köçürür, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərə əl atırdılar. Azərbaycan dəfələrlə bu hərbi cinayət barədə beynəlxalq təşkilatları məlumatlandırmışdı, xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə götürmüş Minsk qrupunu. Yenə də onlar təcavüzkar dövlətin bu kimi hərbi cinayətlərinə, digər çirkin əməllərinə laqeyd yanaşır, müxtəlif bəhanələrlə münaqişənin həlli prosesini ləngidirdilər. Bir sözlə, Minsk qrupu nümayiş etdirdiyi ədalətsiz mövqe və ikili standartlar səbəbindən öz vəzifələrini icra edə bilmədi. Bu missiyanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri şərəflə yerinə yetirdi, beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş prinsiplərini bərpa etdi, separatçı qüvvələrə tutarlı dərs verdi, işğalçı ordunu məhv etdi. Bu, tarixi bir missiya idi ki, Azərbaycan Ordusu bunun öhdəsindən cəmi 44 günə gələrək tarixi ədaləti bərpa etdi”.



“Ermənistan tərəfi hələ də reallıqları qəbul etmək istəmir, hərbi təxribatlara əl atır, mina terrorunu davam etdirir. Bu onu göstərir ki, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək niyyətlərində deyillər. Anlamırlar ki, qalib ölkənin bütün səyləri regionda sülh və sabitliyə əsaslanır, ümumilikdə regionun hərtərəfli inkişafını hədəfləyir. Gərək onlar bu ilin 13 sentyabrında baş verən hadisələrdən ciddi nəticə çıxarsınlar. Bilsinlər ki, bu kimi əməlləri ilə düşdükləri bataqlıqda daha da dərinliyə enəcəklər. Prezident İlham Əliyev Laçın şəhərində bir daha bəyan etdi ki, “əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik”. Odur ki, onların yeganə xilas yolu qalib ölkənin diktə etdiyi sülh təklifidir, bununla razılaşmalıdırlar”.

“Bu gün Laçın rayonu ərazisində sürətli və sistemli abadlıq-quruculuq işləri həyata keçirilir, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur. İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin inkişaf etmiş rayonlarından biri olacaq, əraziyə qayıdacaq sakinlər öz ata-baba yurdunda əbədi və xoşbəxt yaşayacaqlar”.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider