Qarabag Media

XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb

Tarix:Вчера, 21:43 Baxış Sayı:5 Kateqoriya:Gündəm


Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumun birinci gününün sonuncu paneli keçirilib.
Oxu.Az xəbər verir ki, panel iclasda çıxış edən natiqlər BMT-nin daha səmərəli fəaliyyəti üçün bütün ölkələrlə sıx əlaqədə və əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıb, dünyada mövcud durumda konstruktiv dialoqun aparılmasının vacibliyini diqqətə çatdırıblar.

XII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, çıxışçılar "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusunu müzakirə ediblər.

XII Qlobal Bakı Forumu çərçivəsində "Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, bir neçə dəqiqə sonra forum müzakirələrlə davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
Oxu.Az xəbər verir ki, Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" adlı panel iclasında əvvəlcə Avropa İttifaqı Şurasının sabiq prezidenti, Belçikanın keçmiş baş naziri Şarl Mişel çıxış edəcək.
İclasda, həmçinin Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun, Çin Hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə sabiq müavini, Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbonun, ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrin, Yunanıstan baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulosun çıxışları dinləniləcək.

"Gülüstan" sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işinə başlayıb.
Oxu.Az xəbər verir ki, tədbir martın 15-dək davam edəcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.
Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il "Nizami Gəncəvi" Beynəlxalq Mükafatı təqdim ediləcək.
Bundan əlavə, "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. "COP29:Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi" və "Avropanın gələcəyi" mövzuları gecə sessiyalarında müzakirə olunacaq.
Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq.




Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu
Aqil Xəlilov – Sumqayıt Elektrik Şəbəkəsində Peşəkar və Səmərəli İdarəçilik
Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər
Məmməd Musayev – Azərbaycanın Aqrar Sektorunun İnkişafında və Sahibkarlığın Dəstəklənməsində Fədakar Lider
XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
Tərtər Rayonunun Yol İnfrastrukturu və Görülən İşlər
Mingəçevir Turizm Kollecinin Uğurlu Rəhbəri: Elşad Abdullayevin Təhsil və Turizm Sektoruna Töhfələri
Aynurə Əyyubova – Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uğurlu Rəhbəri
Seymur Orucov – Ağstafa Rayonunun İnkişafına Töhfə Verən Lider
Nazim Əliyev: Sumqayıt Telekommunikasiya Qovşağının Rəisi və Telekommunikasiya Sektorunda Liderlik
Binəqədidə Yeni Dövr: Rəşad İsayev Bələdiyyə Sədri Seçildi – Şəhid Ailələri və Qazilərə Xüsusi Dəstək!
Yasin Əlquliyev – Fədakar İdarəçi və Xidmətinə Sadiq Rəhbər
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar və Sədaqətli Rəhbəri
Məmməd Musayev: "Aqrarkredit" QSC-nin İdarə Heyətinin Sədri və Sahibkarlar Təşkilatlarının Lideri
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...