Qarabag Media

Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyi, onlara göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna təşəkkür ediblər

Tarix:24-05-2022, 13:14 Baxış Sayı:249 Kateqoriya:Gündəm / Cəmiyyət

Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyi, onlara göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna təşəkkür ediblər


BAŞ DİREKTOR ŞƏKİDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRDİ



"Ölkə başçısının müvafiq çağırış və göstərişinə əsasən biz də SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirərək, sizlərin qaz təsərrüfatına dair problemlərinizin həlli istiqamətində lazımi işlər görürük". Bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Şəki şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, işə qəbul və digər məsələlərə toxunulub. Ruslan Əliyev görüşdə iştirak edən 50-dək vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli barədə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin, habelə Regional İdarənin tabeliyində olan xidmət sahələrinin müvafiq struktur rəhbər şəxslərinə göstəriş verib. Vətəndaşların qəbul zamanı səsləndirdikləri bir sıra problemlər yerindəcə həllini tapıb. Görüşdə sakinlərlə yanaşı, sahibkarlar da iştirak ediblər. Onlar da üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik edilməsini xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb. 

Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyi, onlara göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna təşəkkür ediblər. Baş direktor da, həmçinin bu cür görüşlərin bundan sonra da davam edəcəyini qeyd edib.











BAŞ DİREKTOR BİR QRUP BİRLİK ƏMƏKDAŞINI MÜKAFATLANDIRDI



"İşinə məsuliyyətlə yanaşan, zəhmət çəkən hər bir nümunəvi işçinin əməyi qiymətləndirilir. Həmin şəxslər heç bir zaman diqqətdən kənar qalmır". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəki şəhərində bir qrup Birlik əməkdaşı ilə görüşü zamanı bildirib. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktor nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Daha sonra Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş və Qəbələ xidmət sahələrinin ümumilikdə 28 əməkdaşı "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Ruslan Əliyev görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.








2022-Cİ İLİN 4 AYI ƏRZİNDƏ 3 MİLYARD 498 MİLYON KUBMETR TƏBİİ QAZ QƏBUL OLUNUB



"Cari ilin dörd ayı ərzində 3 milyard 498 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 2 milyard 103 milyon kubmetri əhali sektoru, 1 milyard 395 milyon kubmetri qeyri-əhali sektoru üzrə olub. O cümlədən, sənayə və kommersiya müəssisələri üzrə 1 milyard 123 milyon kubmetr, kommunal büdcə və təşkilatlar üzrə isə 272 milyon kubmetr təbii qaz qəbul edilib". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyasında deyib. Media və QHT nümayəndələri ilə keçirilən görüşdə qurum rəsmisi istehlak edilmiş təbii qazın həcminin manat ifadəsində 576 milyon manat, satılan qazın ödənişinin isə 99,2% təşkil etdiyini qeyd edib. Birlik rəsmisi əhali sektoru üzrə yığımlarda problemin yaşanmadığını qeyd edib: "Abonentlərə təşəkkür edirik, onlar müqavilə şərtlərinə uyğun olaraq ödəniş həyata keçirirlər. Qurum üçün heç bir problem yaratmırlar” – deyə o, bildirib.

Media nümayəndəsi Bakıətrafı qəsəbələrdə sonradan inşa edilən fərdi yaşayış evlərinin, yəni, yeni yaşayış massivlərinin hansı yolla qazlaşdırılmasının mümkün olması ilə bağlı ünvanladığı sualını Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cavablandırıb. Şöbə rəisi qazlaşma işlərinin əvvəllər dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına icra olunduğunu, 2021-ci ildən isə bu işlərin SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu məsələdə mərhələlilik prinsipi qorunmalıdır. “Layihələndirilmiş və nəzərdə tutulmuş xeyli sayda yeni yaşayış massivləri var. Bu səbəbdən də vətəndaşlar mərhələli şəkildə qazlaşdırılma işlərini gözləməlidir. Əgər vətəndaş hansısa bir səbəbdən bu prosesi gözləmək istəmirsə, o zaman fərdi qazlaşma üsulu ilə həmin ərazinin qazlaşdırılmasını həyata keçirə bilər” – deyə, şöbə rəisi əlavə edib.         

Mətbuat nümayəndəsi sahibkarların mövcud vəziyyətlə bağlı istehlak etdikləri təbii qaza görə yaranan debitor borcu ödəyə bilmədiklərini, belə olan halda isə təbii qaz təminatının dayandırılmasının onlar tərəfindən narazılıqla qarşılandığını qeyd edib. Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sahibkarların "Azəriqaz" İB ilə görüşlərdə qaldırdıqları əsas problem debitor borcları ilə bağlıdır. Onun sözlərinə görə, bəzi sahibkarlar ödənişi vaxtında etməkdə çətinlik çəkirlər: "Biz çalışırıq ki, onlara kömək edək. Müəyyən vaxt ərzində ödəyəcəklərinə dair öhdəlik götürürlər. Təəssüf ki, bəzən öhdəliyi də vaxtında yerinə yetirə bilmirlər". Departament rəisi hər bir halda dövlət müəssisəsinin marağını gözləmək şərti ilə belə vəziyyətlərdə çıxış yolunun tapılmasına səy göstərildiyini də əlavə edib.








Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir