Qarabag Media

QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV

Tarix:30-06-2023, 21:44 Baxış Sayı:206 Kateqoriya:Gündəm / Cəmiyyət / Mədəniyyət


Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.
Zərbi muğamlarda musiqi ilə şeirin əlaqəsinə nəzər etsək, görərik ki, bu muğamlardan Heyratı, Simayi-şəms, Mənsuriyyə, Heydəri qəzəl ilə oxunur. Mani, Heydəri, Arazbarı, Ovşarı və şikəstələr isə bayatılarla oxunur.
Qarabağ - Azərbaycanın musiqi beşiyi
Qarabağ - 30 illik həsrətin sonunda vüsalına qovuşduğumuz mədəniyyət incimiz, musiqi beşiyimiz! Musiqi mədəniyyətimizin bütün yaradıcılıq qolları yüzilliklər boyu bu torpaqda yanaşı addımlamışdı. 
Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır.Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan dahi Üzeyir bəyin doğulub böyüdüyü, musiqi tariximizdə əbədiləşən əsərlərini yazdığı ana yurdudur. Şuşa - Xan qızı Nətavanın, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsnünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfi Adıgözəlovun, Rəşid Behbudovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı-yamaclı, güllü-çicəkli, buz bulaqlı, dağ havalı təbiətindən ilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub, könüllər fəth edib.
Qarabağ mühitində yetişmiş bir böyük sənətkar daha var – Manaf Ağayev! Xanəndələr xanəndəsi, muğamın ustadı! Xalq musiqimizin bütün sirlərini dərindən bilən öz üslubu ilə hamıdan fərqlənən, insanların qəlbinə yol tapan, mən deyərdim ki, dövlətini, xalqını, vətənini sevən vətənpərvər muğənni Manaf Ağayevdir! Qarabağ mühitində formalaşan, bu torpağın musiqi sənətinin yalnız yaradıcısı deyil, eyni zamanda daşıyıcısı və ötürücüsü də olan Manaf Ağayevin əsas qayəsi Qarabağ musiqi sərvətinin yaşaması və günümüzə qədər gəlib çatması olmuşdur.Ömrünün çoxunu musiqimizə, muğamımıza həsr edən Manaf Ağayev bunu gələcək nəsillərə ötürmək üçün çalışan ən yaxşı xalq xanəndəsi kimi şöhrət qazanıb.Hətta Manaf Ağayevi Azərbaycan xalq musiqisinin canlı ensiklopediyası da adlandırmaq olar.Manaf Ağayevin səsinin rəngarəngliyi sanki insan qəlbinə bir rahatlıq gətirir. Ona görə də Manaf Ağayevi 7-dən 77-yə hamı çox sevir. 
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Manaf Ağayev həmişə dövlətçiliyimizin mənafeyini öz şəxsi mənafeyindən üstün tutmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daxili və xarici siyasətini dəstəkləyir və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq və vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir. Həmişə şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz insanların yanında olub onlara maddi və mənəvi dəstək göstərmişdir. 
Səcdəgahımız, qibləgahımız olan Qarabağda musiqinin, muğamın təsiri ilə artıq təbiətin hər fəslində bülbüllər oxuyur, quşlar cəh-cəh vurur. Zəfərin nəğməsi çalınandan bəri bu torpaqlarda canlı və cansız olan hər şey dil açıb danışır.Təbiətin ruhunu oxşayan bu şərqinin təsiri ana torpağı da dilə gətirdi.
3-cü ildir ki, Qurban bayramıni 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızda keçirəcəyik.  Artıq bu torpaqlarda məskunlaşma prossesi gedir. Yeni inşa edilən fərdi evlərə köçürülən soydaşlarımız bu bayramı döğma yurdlarında qeyd edəcəklər.
44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qabiliyyətli İkinci Qarabağ  müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə öz neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik.
Biz də redaksiyamızın kollektivi adından Manaf Ağayevi, onun timsalında bütün xanəndələri, musiqi ustadlarını və mədəniyyət işçilərini müqəddəs Qurban bayramını təbrik edirik, sizlərə uzun ömür, can-sağlığı, yaradıcılığınızda uğurlar arzulayırıq. 
Qurban bayramınız mübarək!

Zəruri giriş: Ağayev Manaf Novruz oğlu 1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini də məhz Füzuli rayonunda alıb. Musiqiyə həvəsi lap uşaqlıqdan yaranıb. Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də “Füzuli Mədəniyyət Evi” ndə bir sıra uğurlu çıxışları olub. Orta məktəbi bitirdikdən sonra 1982-84-cü illərdə hərbi xidmətdə olub. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olur. İlk albomu 1996-ci ildə işıq üzü görür. Və ardıcıllıqla hər il yeni albomları ilə sevənlərinin görüşünə gəlib. Bütün albomlarda vətən həsrəti, yurd nisgili açıq aydın görünür. Manaf Ağayev müxtəlif illərdə mükafatlarla da təltif olunub. Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. 2002-ci ildə Manaf Ağayevə həsr edilmiş “Vətənə getməyim gəlir” adlı kitab işıq üzü görüb. Ən uğurlu nailiyyətlərindən biri isə 2009-cu ildə yerli telekanalların birində keçirilən “Toylar kralı” adlı yarışmanın qalibi olmasıdır.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"
QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
QHT rəhbəri Yasəmən Qəyyumlu Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib