Qarabag Media

Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"

Tarix:6-01-2023, 10:59 Baxış Sayı:311 Kateqoriya:Gündəm / Siyasət


2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

Hər bir xalqın, ölkənin inkişafında, dünya dövlətləri arasında tanınmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin rolu danılmaz və əvəzsizdir. Zaman keçdikcə həmin şəxsiyyətlərin, liderlərin öz xalqı və Vətəni üçün etdikləri, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri yaddaşlarda silinməz izlər qoyur. Məsələn, son 19 ildə ölkəmizin hərtərəfli inkişafı, mühüm nailiyyətləri və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqazda güclü dövlətə, söz sahibinə çevrilməsi, dünyada böyük hörmət, nüfuz qazanması möhtərəm Prezidentimizin uzaqgörən, prinsipial və müdrik siyasətinin bariz nümunəsidir. Çünki dövlət başçısı hər zaman doğma xalqın maraqlarını, Vətənin mənafeyini üstün tutaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə daim sadiq qaldığını konkret əməli fəaliyyəti ilə təsdiqləyir. Xalq sevimli liderinə həmişə arxalanır və ona güclü dayaq olur.

Azərbaycan ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi qətiyyətli lideri, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik övladı var. Yaşadığımız gərgin siyasi kataklizmlərin, ikili standartların tüğyan etdiyi dövrdə qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir. Belə ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub.Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev bütün fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir və müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Həyata keçirdiyi siyasətin əsas prioritetləri - insan amili, xalqın rifahı və milli maraqlarıdır. Amalı müstəqil Azərbaycana, milli dövlətçiliyimizə və xalqa sədaqətlə xidmət etməkdir. Buna görə də, dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Hər zaman vədinə əməl edən liderin fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi hökm sürür.Eyni zamanda, Azərbaycanda iqtisadiyyat yüksələn xətlə inkişaf edir, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Ona görə ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – devizini əsas götürən Prezident İlham Əliyev iqtisadiyyat sahəsində aparılan islahatların təşəbbüskarı və müəllifidir. Heç şübhəsiz, 2003-2022-ci illər ərzində qazanılan mühüm nailiyyətlər göz qabağındadır. Bu dövr çağdaş tariximizə yüksəliş, tərəqqi dövrü kimi daxil olub. Ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Əhalinin nominal gəlirləri, minimum əməkhaqqı, əhalinin banklardakı əmanəti yüksəlib. İşsizliyin, yoxsulluğun səviyyəsi aşağı düşüb.

Qeyd edilən dövrdə insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində texnoparklar, aqroparklar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif təyinatlı müəssisələr tikilərək istifadəyə verilib.Ən nəhayət, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoydu. Əzəli ata-baba torpaqlarımız yağı düşməndən təmizləndi, Qarabağa həyat yenidən qayıtdı. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda böyük quruculuq, tikinti işləri gedir.Beləliklə, bu gün hər birimiz qazandığımız bütün qələbələrin, Zəfərlərimizin müəllifi müdrik Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir.

Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.

Şəhriyar Şəmşirli,
Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki.
 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu