Qarabag Media

Yeni bir tarix yaradan dahi insan Heydər Əliyev!

Tarix:8-12-2022, 16:10 Baxış Sayı:51 Kateqoriya:Gündəm


Allah dünyanı və insanı yaratdı. Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan. Tarixi yaradanlar olmasaydı onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır.


Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.

Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.

O, öz ailəsinə, həyat yoldaşı, unudulmaz Zərifə xanıma olan məhəbbəti, sevgisi münasibəti ilə müqəddəs bir ailənin tarixini yaradıb. Bu müdrik insan ailə həyatı üçün nəinki varından, dövlətindən, vəzifəsindən, hətta canında belə keçməyə hazır olduğunu sübut edib.

Heydər Əliyevin Zərifə xanımla bağlı xatirələri, söhbətləri, duyğuları ülvi olduğu qədər ibrətamizdir. Həyəcanlı olduğu qədər doğma, əziz, müqəddəsdir. Bu sevgi ilahi hisslərlə zəngin olduğu kimi, bəşəri dəyərləri ilə də alidir, əbədidir.

Biz Heydər Əliyevin bu ilahi sevgi, Zərifə xanıma olan sonsuz məhəbbəti qarşısında kövrəldiyinin, gözlərinin dolduğunun şahidi olmuşuq. O, əlini Zərifə xanımın heykəlinə toxunduranda ən çətin anlarda titrəməyən, əsmək bilməyən əllərinin əsdiyini, yaşarmayan gözlərinin yaşardığını görmüşük və bu müqəddəs, ali eşqin qarşısında baş əymişik.

Ulu öndər bu sevgisi ilə milyonlara nümunə və örnək ola biləcək bir məhəbbətin tarixini yaradıb. Daim əzizlənən, qorunan, ucaldılan bir eşqin abidəsini ucaldıb.

Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər ulu öndərin əsrin 70-80-ci illərində qurub yaratdığı, inkişaf etdirilən Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki, onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir.

Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda belə inqilab etmək, insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib bir məqsəd uğrunda birləşdirmək, gərgin təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi.

Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli lider respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.

Bu xidmətləri əlbəttə, sözlə qiymətləndirmək çətindir.

Ancaq bir faktı qeyd etməklə 1970-1980-ci illərdə Azərbaycanın sürətli inkişafının miqyasını nəzərə çatdırmaq olar. Belə ki, həmin illərdə o zamankı qiymətlərlə respublikada 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki əlli ildə istehsal olunan məhsulun həcminə bərabərdir: Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamışdır, respublikanın həyatını on illərlə qabağa aparmışdır.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər həm də gələcək nəsillərə bir nümunədir.

Ulu öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vemişdir. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq Mixail Qorbaçovun mənfur antiazərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə onu günahlandırması göstərir ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan bir şəxsiyyət, böyük Azərbaycanlı olmuşdur.

Heydər Əliyev bu cəsarəti, yenilməz vətəndaşlıq mövqeyi ilə özünü hər bir azərbaycanlının, ədalətə dəstək verən hər bir insanın gözündə tarixiləşdirmişdir.

Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.

Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.

Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.

Heydər Əliyevin Azərbaycan, xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.

Ulu öndər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi.

Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə ulu öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi.

Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi.

Ulu öndərin "Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" sözləri bir ömrün hesabatıdır.

Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.

Ulu öndər irqindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşır, insani keyfiyyətləri - səmimiliyi, düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, qətiyyətliyi, kamilliyi, qoçaqlığı yüksək qiymətləndirir, ağıllı və savadlıları seçib ayırır, sənət adamlarına həssaslıqla yanaşır, xalqla bir yerdə olmaqdan, insanların rəğbətini qazanmaqdan qürur duyurdu.

Heydər Əliyev dünyada sülhün və əminamanlığın tərəfdarı idi. Ölkəmizdə baş verən hadisələr, 20 Yanvar, Xocalı faciəsi, Dağlıq Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkün taleyi Heydər Əliyevin ömrünə müsibətli günlər, illər bəxş etsə də, dincliyini, rahatlığını əlindən alsa da o müharibənin, qan axıdılmasının tərəfdarı deyildi. Ev yıxmağı, qan tökməyi, torpaqlar işğal etməyi, zülmü, əzazilliyi vəhşi xislət, vəhşilərə xas olan əməl kimi dəyərləndirən bu dahi şəxsiyyət nəinki Azərbaycan torpağında, dünyanın heç bir guşəsində müharibənin, münaqişənin alovlanmasını, insanların bəlalara, fəlakətlərə düçar olmasını istəmirdi. O, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da olsun əsirgəmirdi.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".

Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.


Bəhruz Şirəliyev
"Zeytun" apteklər şəbəkəsinin rəhbəri
 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"
QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
QHT rəhbəri Yasəmən Qəyyumlu Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən"Ekoloji terrora son" aksiyasında iştirak edib
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib