Qarabag Media

Elnur müəllim: “Vətən müharibəsinin ilk günündən Türkiyənin bizə göstərdiyi siyasi-mənəvi dəstək ölkəmizin gücünə güc qatdı”

Tarix:22-06-2025, 23:28 Baxış Sayı:29 Kateqoriya:Cəmiyyət

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib  YENİLƏNİB - 6


“Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin yaradılması Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. İyunun 19-da keçirilmiş açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etmələri isə, bu məsələnin həiqətən də ölkələrimiz və alqlarımız üçün xüsusi önəm kəsb etdiyini vurğulayır. Əlbəttə ki, iki il bundan öncə qardaş ölkənin bu bölgəsində baş vermiş dəhşətli zəlzələdən sonra, qısa müddət ərzində belə bir məhəllənin yaradılması güclü Türkiyənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Əlbəttə ki, 2023-cü ildə baş vermiş zəlzələ böyük faciə olması ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qardaşlığı üçün növbəti sınaq oldu. Sözsüz ki, iki qardaş ölkənin xalqları hər zaman olduğu kimi, bu sınaqdan da üzü ağ çıxdılar.”

Fikirlərini davam etdirən Elnur müəllim Azərbaycan xalqının və Azərbaycan dövlətinin Türkiyədə iki il əvvəl baş vermiş zəlzələyə reaksiyasının yalnız səmimi qardaşlıq münasibətləri ilə izah oluna biləcəyini xüsusi vurğulayıb: “Cənab Prezident tamamilə doğru qeyd etdi ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Təbii fəlakətin ilk saatlarından on minlərlə azərbaycanlı bütün ölkə ərazisində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdı. Azərbaycan həmin vaxt min nəfərdən çox üzvü olan heyəti heyətiTürkiyənin zəlzələ bölgələrinə göndərmişdi.Axtarış-xilasetmə komandalarının üzvlərindən, həkimlərdən, könüllülərdən ibarət olan bu heyət dərhal işə başlamış və onlar tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, həkimlərimiz iki səhra hospitalında 3200 insana tibbi yardım göstərmişdilər. Azərbaycan və Türkiyə hər zaman bir-birilərinin yanlarında olublar. O cümlədən 44 günlük Vətən müharibəsinin ilk günündən Türkiyənin bizə göstərdiyi siyasi-mənəvi dəstək, nümayiş etdirilən həmrəylik ölkəmizin gücünə güc qatdı. Azərbaycan tarixi ədaləti bərpa etdi və bu gün xalqımız öz əzəli torpaqlarında rahat və təhlükəsiz şəraitdə yaşayır. Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır”.



Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru