Qarabag Media

Səbuhi Abdullayev: Dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisi

Tarix:31-05-2025, 01:31 Baxış Sayı:44 Kateqoriya:Cəmiyyət

Səbuhi Abdullayev: Dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisi


Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsində xalqların bir-birinə bəslədiyi dərin rəğbət, mənəvi yaxınlıq və əsl dostluq mühüm rol oynayır. Bakı, Ankara və İslamabad coğrafi baxımdan fərqli bölgələrdə yerləşsələr də, onları ortaq tarix, zəngin mədəni irs, dini dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu xalqlar bir-birinin sevincinə şərik olur, çətinliklər zamanı isə dəstək göstərirlər. Eyni dini-mədəni köklərə sahib olan dövlətlər bənzər tarixi sınaqlardan keçmişlər. Burada ilk növbədə münaqişəli ərazilər məsələsi nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində Qarabağ probleminin ağrı-acısını yaşamış, Pakistan Kəşmir məsələsi, Türkiyə isə Şimali Kipr problemi ilə qarşılaşmışdır. Bu ortaq taleyüklü məsələlər hər üç dövləti daha da yaxınlaşdıraraq aralarındakı həmrəyliyi gücləndirmişdir.

Qeyd edək ki, mayın 28-də erməni işğalından azad edilən Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Adətən, dostlar və qardaşlar əlamətdar günlərdə bir araya gəlirlər. Azərbaycanın Müstəqillik Günündə belə yüksək səviyyəli bir görüşün baş tutması həm də bütün dünyaya verilmiş strateji bir mesaj idi. Artıq beynəlxalq ictimaiyyət bu üçlü ittifaqın - Azərbaycan, Türkiyə və Pakistanın mövqelərini və maraqlarını nəzərə almadan xarici siyasət kursunu müəyyənləşdirməkdə çətinlik çəkəcək. Məsələn, Pakistana qarşı hər hansısa bir dövlət təxribat törətməyə cəhd gösətərəcəksə, Bakı və Ankara buna dərhal reaksiya verəcək. Elə bir neçə həftə öncə Hindistan bu ölkəyə hücum edərkən, Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaş Pakistan xalqı ilə həmrəy olduğunu dilə gətirdilər. Həmçinin Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Şahbaz Şərifin təbirincə desək, Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu.

Onu da qeyd edək ki, Laçında keçirilən Zirvə görüşü sayca ikincidir. İlk belə toplantı 2024-cü il iyulun 3-də Astanada baş tutub. Ölkə Liderləri həmin görüşdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Eyni zamanda, regional və qlobal məsələlərdə vahid mövqenin vacibliyi vurğulanıb. Bu görüş, üç qardaş ölkənin əməkdaşlığını yalnız siyasi səviyyədə deyil, institusional səviyyədə də möhkəmləndirmək əzmini ortaya qoyub. Azərbaycanın dost və qardaş ölkələri ilə ticarət dövriyyəsi sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqamətləri arasında Türkiyə 14,4 faizlə ikinci yerdə qərarlaşıb. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib. Bunun 3,82 milyard dolları ixracın, 2,31 milyard dolları isə idxalın payına düşüb. Bu rəqəmlər Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin yüksək səviyyəsini və dayanıqlığını əks etdirir. Türkiyə şirkətləri işğalldan azad olunmuş ərazilərin dirçəlməsində xüsusi rol oynayırlar. Bundan başqa, Azərbaycan və Türkiyə regional enerji və nəqliyyat-logistika sisteminin əsas aparıcı qüvvələrinə çevriliblər. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, enerji təhlükəsizliyinə mühüm töhfə verilir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Orta Dəhlizin əsas sütunlarından biri olaraq Asiya ilə Avropanı quru yolla birləşdirir. Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının ən uğurlu simvollarından biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməridir.

Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri nisbətən kiçik miqyasda olsa da, artan templə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki 11 milyon 732 min dollarlıq göstərici ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir və əməkdaşlığın potensialının geniş olduğunu göstərir. Turizm sahəsində də əlaqələr güclənməkdədir. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 46,7 faiz artaraq 81 min 427 nəfərə çatıb. Bu göstərici Azərbaycan-Pakistan xalqları arasında artan qarşılıqlı marağın, həmçinin əlaqələrin mədəni və sosial səviyyədə dərinləşdiyinin göstəricisidir. Pakistan eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, iqtisadiyyatının dirçəldilməsi və reinteqrasiyası prosesində daha fəal rol oynamaq istəyən əsas tərəfdaşlardan biridir. Qarabağ bölgəsinə Pakistan investisiyalarının cəlb olunması istiqamətində praktiki addımların atılması gözlənilir. Azərbaycan da öz növbəsində, Pakistan iqtisadiyyatına yönələcək yeni investisiya layihələri üzərində işləməyi nəzərdə tutur. Pakistan şaxələndirilmiş enerji mənbələrinə can atır və Azərbaycanın enerji ixracatçısı kimi rolu mühüm əhəmiyyət kəsb edir. Maye təbii qaz tədarükü, neft və qaz kəşfiyyatı və bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında sazişlər yeni iqtisadi dəhlizlər açıb. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir.

Üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edir və daha da güclənməkdədir. Bu sahədə atılan praktiki addımlar, hərbi-strateji tərəfdaşlığın nə qədər önəmli və davamlı olduğunu göstərir. Bu əməkdaşlığın bariz nümunələrindən biri 2021-ci ildə keçirilmiş "Üç Qardaş - 2021" beynəlxalq hərbi təlimi olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub. Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji müttəfiqlik yalnız ikitərəfli və üçtərəfli münasibətlərlə yekunlaşmır. Bu qardaş ölkələr beynəlxalq və regional təşkilatlarda da bir-birlərinə ardıcıl və prinsipial dəstək göstərirlər. Hər üç dövlətin mövqeləri bir çox beynəlxalq platformalarda üst-üstə düşür, bu da əməkdaşlığın güclənməsinə və siyasi həmrəyliyin dərinləşməsinə xidmət edir. Bakı, Ankara və İslamabad Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və D-8 kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda qarşılıqlı olaraq milli maraqlarını müdafiə edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-ə üzv qəbul olunmasında da Türkiyə və Pakistanın rolu əvəzsiz olub. Təşkilatın 11-ci Zirvə görüşündə Azərbaycanın üzvlüyü yekdilliklə təsdiq olunub ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu
Aqil Xəlilov – Sumqayıt Elektrik Şəbəkəsində Peşəkar və Səmərəli İdarəçilik
Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər
Məmməd Musayev – Azərbaycanın Aqrar Sektorunun İnkişafında və Sahibkarlığın Dəstəklənməsində Fədakar Lider
XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
Tərtər Rayonunun Yol İnfrastrukturu və Görülən İşlər
Mingəçevir Turizm Kollecinin Uğurlu Rəhbəri: Elşad Abdullayevin Təhsil və Turizm Sektoruna Töhfələri
Aynurə Əyyubova – Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uğurlu Rəhbəri
Seymur Orucov – Ağstafa Rayonunun İnkişafına Töhfə Verən Lider
Nazim Əliyev: Sumqayıt Telekommunikasiya Qovşağının Rəisi və Telekommunikasiya Sektorunda Liderlik
Binəqədidə Yeni Dövr: Rəşad İsayev Bələdiyyə Sədri Seçildi – Şəhid Ailələri və Qazilərə Xüsusi Dəstək!
Yasin Əlquliyev – Fədakar İdarəçi və Xidmətinə Sadiq Rəhbər
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar və Sədaqətli Rəhbəri
Məmməd Musayev: "Aqrarkredit" QSC-nin İdarə Heyətinin Sədri və Sahibkarlar Təşkilatlarının Lideri