Qarabag Media

Nizami Mayılov: 20 Yanvar – hüzn və qürur günümüz

Tarix:17-01-2025, 09:53 Baxış Sayı:127 Kateqoriya:Cəmiyyət

Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı...

Bakı şəhəri, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov - Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün SSRİ rəhbərliyi Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, kommunist partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, hözünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Yenə də Ümummilli Liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir.”
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Möhtərəm dövlət başçımızın təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Cənab Prezidentin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.” 20 Yanvar faciəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan Azərbaycan xalqının tarixində şərəfli bir səhifədir. 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir