Qarabag Media

Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

Tarix:20-06-2022, 15:49 Baxış Sayı:215 Kateqoriya:Cəmiyyət





Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.
Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının  qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.
S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.
S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.
İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”.  

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası  məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.
Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi



Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu
Aqil Xəlilov – Sumqayıt Elektrik Şəbəkəsində Peşəkar və Səmərəli İdarəçilik
Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər
Məmməd Musayev – Azərbaycanın Aqrar Sektorunun İnkişafında və Sahibkarlığın Dəstəklənməsində Fədakar Lider
XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
Tərtər Rayonunun Yol İnfrastrukturu və Görülən İşlər
Mingəçevir Turizm Kollecinin Uğurlu Rəhbəri: Elşad Abdullayevin Təhsil və Turizm Sektoruna Töhfələri
Aynurə Əyyubova – Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uğurlu Rəhbəri
Seymur Orucov – Ağstafa Rayonunun İnkişafına Töhfə Verən Lider
Nazim Əliyev: Sumqayıt Telekommunikasiya Qovşağının Rəisi və Telekommunikasiya Sektorunda Liderlik
Binəqədidə Yeni Dövr: Rəşad İsayev Bələdiyyə Sədri Seçildi – Şəhid Ailələri və Qazilərə Xüsusi Dəstək!
Yasin Əlquliyev – Fədakar İdarəçi və Xidmətinə Sadiq Rəhbər
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar və Sədaqətli Rəhbəri
Məmməd Musayev: "Aqrarkredit" QSC-nin İdarə Heyətinin Sədri və Sahibkarlar Təşkilatlarının Lideri