Qarabag Media

Cəsarət Qasımov: Artıq torpaqlarımızın azad edildikləri tarixləri qeyd edirik

Tarix:23-11-2024, 10:33 Baxış Sayı:188 Kateqoriya:Cəmiyyət



Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Bu gün tarixi Zəfərimizin və suverenliyimizin tam bərpa edilməsinin reallıqlarını yaşayırıq. Tarixi Zəfərimizin əbədiləşdirilməsi əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin  bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama uyğun olaraq 20 noyabr Ağdam Şəhəri Günü, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür.
Azərbaycanın hərbi siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan belə  azad edildi.  İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.
Ağdam şəhərinin gələn il  sakinlərinə qovuşmasının nəzərdə tutulması  bu günədək görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir, çiçəklənir. Ağdamın işğal altında qalan hissəsinin, o cümlədən, Kəlbəcər və Laçının bir güllə belə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verilməsi  Ali Baş Komandan İlham Əliyevin  qətiyyətinin, diplomatik məharətinin, eləcə də rəşadətli əsgər və zabitlərimizin 44 günlük Vətən savaşında nümayiş etdikləri misilsiz qəhrəmanlıqların nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxışlarında bu hədəf daim önə çəkilir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Bu il Xankəndi və Kəlbəcər şəhərləri də qayıdış ünvanları sırasında olacaqlar. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə soydaşlarımızın qayıdışı nəzərdə tutulub. Ağdam və Zəngilan şəhərlərində  Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi ölkəmizin təkmil dirçəliş modelinin dünyaya təqdimatında öz sözünü dedi. İlk Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı, dünyaya səsə salan bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradaraq şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynadı. 
Artıq dörd ildir ki, Kəlbəcər də  azaddır. 27 il işğal altında qalan Kəlbəcər  erməni vandalizminin əyani nümunəsidir. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlər məqsədli şəkildə talan edilib. Bütün bunlarla kifayətlənməyən  ermənilər Kəlbəcəri boşaldarkən  belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar.  Ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur.
Qüdrətli Azərbaycan işğaldan azad olunan ərazilərimizi erməni vəhşiliyindən, faşizmindən xilas etdi. 27 il sonra Kəlbəcərin azadlığına qovuşması  Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir. “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır” söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci il tarixdə xalqa müraciətində bu faktı da açıqladı ki, Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə  Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır: “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra 16 noyabr 2020-ci ildə  Füzuli və Cəbrayıl rayonlarından başlanan ilk səfərləri bütün işğaldan azad edilmiş ərazilərimizdə görüləcək bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaratdı. Kəlbəcərdə də dörd ildə görülən işlərin miqyası genişdir. Bu, bir tərəfdən maliyyə imkanlarımızın göstəricisi, digər tərəfdən qurucu xalq olduğumuzun təqdimatıdır. Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Bu rayon həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir. Rayonun strateji əhəmiyyəti, təbiəti, turizmi və digər özəllikləri gələcəkdə ölkəmizin iqtisadi inkişafına verəcəyi töhfələr barədə aydın təsəvvür yaradır.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir