Qarabag Media

Şamxal Abdullayev: Bərpadan inkişafa - İrəliyə doğru tarixi addımlar

Tarix:23-11-2024, 10:28 Baxış Sayı:185 Kateqoriya:Cəmiyyət

Düşəri Talıbov: 15 oktyabr 2003-cü il: Qələbəyə aparan yolun başlanğıcı

Şamxal Abdullayev - 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Məhz bu rayonlarımızdan biridə Ağdam şəhəri idi. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam Şəhər günü” kimi qeyd edilir.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir