Qarabag Media

Bayram Cabbarov: Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı

Tarix:2-04-2024, 13:13 Baxış Sayı:521 Kateqoriya:Cəmiyyət



Beyləqan rayon Mərkəzi xəstəxanansının baş həkimi Bayram CabbarovAprel döyüşləri Azərbaycan ordusunun test imtahanı idi. Çünki biz deyirdik ki, ordumuz güclüdür və qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edə bilərik. Amma Ermənistan ordumuzun gücü ilə bağlı dediklərimizi ciddi qəbul etmirdi. Düşmən 23 ildə qurduğu səngərlərə və müdafiə sədlərinə arxayın idi. Amma 2 apreldə başlanan 4 günlük müharibə qısa zaman kəsiyində Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Təbii ki, düşmən ordusuna böyük itki verərək minlərlə hektar ərazilər işğaldan azad olunudu.Qağaməli Seyfullayev: Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı

Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdərə, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayaış məntəqələrini mütəmadi atəş altında saxlayırdı. Aprel döyüşlərində ordumuz Lələtəpəni və Talış kəndi istiqamətində strateji yüksəklikləri işğaldan azad edilərək nəzarətimizi bərpa etdik. Cocuq Mərcanlıda təhlükəsizlik təmin edildi. Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı. Hətta keçmiş Prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münaqişəni danışıqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı idi. Məhz 27 sentyabr 2020-ci ildə başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyünü təkrar edərək döyüş meydanından siçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi. Nəhayət 44 gündən sonra Şuşada bayrağımız dalğalandırıldı. O cümlədən keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməklə bütün ərazilərdə suverənlik bərpa olundu. Beləliklə 2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa baladığı döyüş səlnaməsi Xankəndində keçirilmiş prezident seçkilərində erməni separatizimin tabutuna axırıncı mismarı vurmaqla başa çatdırmış olduq.
Qağaməli Seyfullayev: Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı
Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Qarşımızdakı əsas vəzifə erməni işğalı altında qalmış 8 kəndin azad olunaraq bütün ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Bu gün artıq 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılmışdır. 100 -dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyüklüyün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünki üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qürurluyuq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz.
Qağaməli Seyfullayev: Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru