Qarabag Media

Mübariz müəllim: Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir

Tarix:5-12-2023, 11:35 Baxış Sayı:153 Kateqoriya:Cəmiyyət

Mübariz müəllim: Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir


Mübariz müəllim - 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin, eyni zamanda, hərbi qüdrətimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində düzənlənən Zəfər paradından üç il keçir. Bu üç ilin  Azərbaycanın çoxəsrlik tarixinə hansı mühüm səhifələri yazdığını qeyd etmədən öncə  şanlı Qələbəmizi  şərtləndirən amillərə bir daha nəzər salmağa böyük zərurət duyulur. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən Zəfər paradı özəlliyi ilə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda belə bir  əminliyi ifadə etmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Bu inamın ifadə edildiyi tarixdən iki il sonra Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Vətən müharibəsində dünya hərb tarixinə  yeni səhifə yazan rəşadətli ordumuz hansı imkanlara malik olduğunu nümayiş etdirdi.  “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi oldu.  Müharibənin başlandığı gündən bir addım belə geri çəkilməyən Silahlı Qüvvələrimizin 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etməsi  böyük gücün, qüdrətin göstəricisi idi. Dünyaya səs salan, bir dastana çevrilən  Şuşa əməliyyatı mənfur düşmənin diz çökməsini, kapitulyasiya aktına imza atmasını şərtləndirdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

Tarixi Zəfərimizdən bir ay sonra  keçirilən Zəfər paradı dünyanın diqqətini bir daha  Qələbəmizin  yaratdığı reallıqlara, həmçinin 44 günün işıq saldığı həqiqət anına yönəltdi. Bu baxımdan ki, Vətən müharibəsi hər zaman qeyd etdiyimiz kimi, kimlərin haqqın, ədalətin, kimlərin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi.  Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan  biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq  paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım   dünyaya verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin  çiyin-çiyinə Azadlıq meydanından  keçmələri xalqlarımızın  tarixində  əbədi qalacaq qürurverici hadisə oldu.   Məhz paraddakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.”  Dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək   sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında əksini tapan fikirlər  postmünaqişə dövrünün hədəfləri  barədə aydın təsəvvür yaratdı.  Məhz tarixi Zəfərimizdən, onun təqdimatı olan Zəfər paradından çox qısa zaman keçdikdən sonra 2021-ci ilin 15 iyun tarixində - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiliyini təsdiqləyən sənəd - Şuşa Bəyannaməsi imzalandı.  Bu sənəd münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.

Bu gün Türkiyə - Azərbaycan birliyi təkcə xalqlarımız  deyil, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, müttəfiq ölkənin  siyasəti əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Əsas hədəflərdən biri tarixi Zəfərimizin reallıqları əsasında yeni əməkdaşlıq formatlarının yaradılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər,  Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi. Xalq-Prezident-Ordu birliyi sayəsində 30 ilin işğalına son qoyulması özündə bütün məqamları ehtiva edir.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında böyük əminliklə  vurğuladığı kimi,    Azərbaycan dastan yazmaqda davam edir.  İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri  geniş miqyas alıb. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə dünyaya açılması, Zəngilanda  birgə investisiya layihəsinin- “Dost Aqro”nun icrasına başlanılması, ümumilikdə türk dövlətlərinin bərpa-quruculuq işlərinə öz töhfələrini, ən əsası hədiyyələrini təqdim etmələri qürurverici hadisələrdir. Şübhəsiz, tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi onun yaratdığı reallıqların dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Azərbaycan, həmçinin dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma forumları bunun bariz nümunəsidir. Məhz bu ərazilərin forum üçün məkan seçilməsi səbəbsiz deyil. Məlum olduğu kimi, bu torpaqlar dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə bərpa edilir. Artıq ilk “ağıllı kənd” olan Zəngilanın Ağalı kəndinin ardınca Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq.

Postmünaqişə dövrünün əsas hədəflərindən biri  azad edilmiş ərazilərimizin bərpasıdırsa, digəri müdafiə gücümüzün daha da artırılmasıdır. Qazandığı uğurlarla kifayətlənməyib hər zaman irəli baxan Azərbaycan üçün bu reallıq inkaredilməz idi ki, Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin belə təxribatların qarşısını alması üçün daha güclü olması vacib amillərdən biri idi. Tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və sair kimi mühüm hadisələr Azərbaycan Ordusunun gücünün təqdimatı oldu.

Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Möhtərəm Prezident Xankəndidən Azərbaycan xalqına müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verilən bütün vədləri, qarşıya qoyulan vəzifələri uğurla icra etdim.  8 Noyabr-Zəfər Günündə isə Xankəndi şəhərində  hərbi parad keçirildi. Bu parad bir daha dünyaya mühüm mesajları çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"