Qarabag Media

Rəşad Umudov: Xalqın və dövlətin mənafeyi naminə

Tarix:12-09-2023, 16:12 Baxış Sayı:225 Kateqoriya:Cəmiyyət

01.JPG

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qaradağ Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rəşad Umudov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rəşad Umudov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rəşad Umudov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.


600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi

002.jpeg

Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinlər, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları  və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edirdi.
   Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
   Vurğulandı ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
   Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62.4 faizi, yəni 710 nəfəri tələbə adını qazandığı, onlardan 21 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.
   Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Əlpaşayev Aqil Zahid oğlu Fənn Olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yerə layiq görülərək imtahansız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil olmuşdur.
   Bu il Qaradağ rayonunda ən yüksək nəticəni Sahil qəsəbəsindəki 228  nömrəli tam orta məktəbin şagirdi 674 balla Fətullayev Oruc göstərmişdir.
   Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
   Tədbirin sonunda yüksək nəticə əldə etmiş məzunlara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hədiyyələr təqdim etdi, tələbə adını qazanmış məzunlara və məktəb rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.



Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir


001.jpg

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
   Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Sanqaçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir. 
   Sakinlərdən 10 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
   Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində səyyar qəbulu keçirilmişdir



Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru