Qarabag Media

Elxan Yaqubov: Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi

Tarix:8-08-2023, 12:05 Baxış Sayı:134 Kateqoriya:Cəmiyyət

Elxan Yaqubov: Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi



Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubov - Azərbaycan hər zaman sabitlik və əməkdaşlıq məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmiz yerləşdiyi coğrafi məkana görə müxtəlif xalqları, millətləri bir araya gətirən körpü rolunu da oynayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan sabitləşdirici, birləşdirici aktordur, tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkədir. Bu gün dünya Azərbaycanın Qarabağda yaşayan ermənilərə yanaşmasında da bu tolerantlığın şahidinə çevrilir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu məsələyə münasibətini bir daha açıqladı. “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir” söyləyən dövlət başçısı bildirdi ki, biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.”

Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi. Həm sülh müqaviləsinin imzalanması, həm də Qarabağda yaşayan ermənilərə yanaşma məsələsində qarşı tərəfin tutduğu mövqe bütün məqamlara aydınlıq gətirir. Bu baxımdan ki, Ermənistan hər zaman sülh danışıqlarının aparılmasına, ümumi mövqenin ortaya qoyulmasına müxtəlif bəhanələrlə mane olmağa çalışır. 30 illik işğal dövrünü yada salmaq kifayətdir. Hər dəfə münaqişənin həlli ilə bağlı danışıqların vaxtı təyin ediləndə ya müxtəlif bəhanələrlə yayınırdı, ya da təxribatlara əl ataraq danışıqlara uzun müddət fasilə verilməsinə səbəb olurdu. Danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət havadarlarından aldığı dəstək sayəsində münaqişənin həlli prosesinin 30 il uzadılmasına gətirib çıxardı. Azərbaycan hər zaman sülh tərəfdarı olduğu üçün məsələnin sülh danışıqları əsasında nizamlanmasına çalışdı, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək istəyini ortaya qoydu. Hazırda arxivə atılmış ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılsa da 28 il Ermənistana dəstək funksiyasını yerinə yetirdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın 30 illik dövründə yaşadıqlarına söykənərək belə bir mesajı qarşı tərəfə ünvanladı: “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.” 

Qısa təhlil bu ümumiləşdirməni aparmağa əsas verir ki, Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Bu istiqamətdə müxtəlif formatlarda keçirilən görüşlər də prosesin qısa zamanda uğurla başa çatacağı barədə təsəvvür yaradır. Ermənistan keçirilən görüşlərdə Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəkləyir və qəbul edir. Əksər dünya gücləri sülh müqaviləsinin imzalanmasına dəstəklərini sözdən əmələ keçsə, yəni Ermənistanı bu addımı atmağa məcbur etsələr qısa zamanda münasibətlərdə yeni səhifənin açılmasını görərik. Cənab İlham Əliyevin “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur” fikri bir çox məqamlara aydınlıq gətirdi.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"