Qarabag Media

Cəsarət Qasımov: Qüdrətli dövlət, sarsılmaz Ordu

Tarix:5-07-2023, 12:14 Baxış Sayı:72 Kateqoriya:Cəmiyyət

Cəsarət Qasımov: Qüdrətli dövlət, sarsılmaz Ordu


Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov -  Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Bəli, təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bildirib ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması məsələsi olub. 1988-ci illərin sonu 90-cı illərin başlanığıcı ölkəmizdəki vəziyyət son dərəcədə gərgin və acınacaqlı idi. Torpaqlarımız işğala məruz qalmış, vətəndaşlarımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xaqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz böyük inkişaf yoluna qədəm qoydu. Bu inkişaf sahələrindən biri də məhz 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsidir. Ordu quruculuğu siyasəti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı. Məhz bu uğurlu addımların nəticəsi idi ki, Azərbaycan Ordusu cənab Ali Baş Komandanın ali rəhbərliyi ilə Ermənistan ordusunun terror-təxribat aktına cavab olaraq, 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnut əməliyyatında, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə və nəhayət 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşımızda-Vətən müharibəsində düşmənə ən layiqli cavab verməklə, düşməni döyüş meydanında darmadağın etdi. Bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən bənzərsiz ordu  quruculuğu siyasətinin bariz nümunəsidir. Bu gün Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Bildiyimiz kimi, cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Prezident İlham Əliyev tədbirdə səmimi və tarixi məzmunlu çıxışı ilə bir daha bəyan etdi ki, Azərbaycan Ordusu qüdrətli və sarsılmazdır.  
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur.
Bəli, bu ifadələr xüsusi məna daşıyır və onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, biz öz doğma dədə-baba torpaqlarımızda əbədi olaraq yaşayacağıq. Qədirbilən xalqımız yaxşı bilir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ bundan sonra bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək və nəhəng inkişaf proqramları yerinə yetiriləcəkdir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Şəhriyar Şəmşirli: "Daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir"
QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
Cəsarət Əhmədov: "Bu milləti sevmək lazımdır, bu milləti yaşatmaq lazımdır!"