Qarabag Media

Zaur Abdullayev: Azərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir

Tarix:Вчера, 00:29 Baxış Sayı:8 Kateqoriya:Siyasət



Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsindəyik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, mərhələli şəkildə  sakinlərinə qovuşur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda, Şuşada, Xankəndidə üçrəngli Bayrağımızın dalğalanması idi. Təbii ki, bu gün sonsuz qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar çağdaş Azərbaycan tarixinin faciəli səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə Azərbaycan nəinki müstəqilliyini, hətta  bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayırdı.1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirməyi bacarmayan həmin dövrün iqtidarı xalq arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənən və bu təhlükəli proseslərin qarşısını ala bilməyəcəyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi.  

1993-cü il iyunun 9-da Ulu Öndər  Heydər Əliyev xalqın təkidli tələbi ilə  Bakıya gəldi.  Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi  və bölgədə davam edən qiyamın qarşısını aldı. Xalqın  məhəbbətini qazanan Ümummilli Lider Heydər Əliyev yaddaşlarda qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq. Çoxəsrlik tariximizdə taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan görgəmli şəxsiyyətlər arasında  Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış, dahi şəxsiyyət Heydər Əliyevin rolu misilsizdir. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi etdi. 

Hər bir ölkənin, xalqın həyatında dönüş nöqtələri olur. Çağdaş Azərbaycanın tarixində belə dönüş nöqtələri Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bərabər, 1992-ci il noyabrın 21-də xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının  müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Təsis konfransını obyektiv səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə  Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin partiyanın Sədri seçilməsi Azərbaycanın qarşısında geniş imkanlar açdı. Yeni Azərbaycan Partiyasının yaradılmasından çox keçmədi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Artıq həm ölkəmiz, həm də Yeni Azərbaycan Partiyası üçün yeni dövr başladı.

Azərbaycanın tarixində, xalqımızın taleyində dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərdən biri də məhz 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası olan tarixi seçimini etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən Ulu Öndər Heydər Əliyev həmin ayın 10-da keçirilən andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.  Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.  Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi idi. Hakimiyyətə qaydışının ilk günündən bu çağırışı etdi ki, suverenliyimizi və müstəqilliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayanları deyil, eyni zamanda, bütün dünyadakı azərbaycanlıları vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi. 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Həmin vaxtdan etibarən hər 5 ildən bir dünya azərbaycanlıları qurultaylarını keçirərək ötən beş ilin hesabatı fonunda qarşıdakı dövrün hədəflərini müəyyənləşdirdilər. Son beş ilin qürurverici hadislərindən biri məhz dünya azərbaycanlılarının Şuşada bir araya gələrək V Qurultaylarını - Zəfər Qurultayını keçirmələridir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət gələcək hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərimizin həllinə yönəldi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində hazırda tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

 Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Azərbaycana inam artdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da dahi rəhbərin bugünümüzə və gələcəyimizə hesablanmış addımları sırasındadır.  

Ümummilli Liderin rəhbərliyi ilə  hazırlanan və  1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan  Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.  Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.  1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir.

3 oktyabr 1993-cü ildən başlanan yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu uğurlar davamlılığı ilə diqqətdədir. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurların davamlılığını təmin etdi. Həmin müraciətdə Ulu Öndər Heydər Əliyev belə bir əminliyi ifadə etdi ki, Mənim axıra çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq.  2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin uğurlu davamıdır. Cənab İlham Əliyev 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, Azərbaycanın daha da qüdrətlənməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq.

Bu gün Azərbaycan tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının  yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il icrasını gözləyən BMT qətnamələrinin həyata keçirilməsini təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutkadan az müddətdə  həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə prezident seçkilərinin  keçirilməsi, dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi  tariximizin ən qürurverici hadisləridir. Son 5 ildə  sadalamaqla bitməyən böyük işlər görülüb. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”. Dövlət başçısı İlham Əliyevin bu günlərdə tarixi Zəfərimizdən sonra ilk dəfə dünyanın ən ali kürsüsündən - BMT tribunasından səsləndirdiyi bu çağırış Azərbaycanın 1993-cü il 3 oktyabr tarixindən başlanan tərəqqi və Zəfər yolunun aydın mənzərəsini təqdim edir. Hər bir hədəfə ardıcıllıqla nail olan Azərbaycanın bütün uğurları, zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider