Qarabag Media

İlqar Mehdiyev: Artan nüfuzun göstəricisi

Tarix:Вчера, 00:25 Baxış Sayı:47 Kateqoriya:Siyasət



Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri mühüm əhəmiyyət daşıyır”. 

Dövlət başçısının belə yüksək səviyyəli tədbirdə iştirakı Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşlarla əlaqələrin inkişafı və qlobal proseslərdə fəallığının artırılması baxımından xüsusi önəm kəsb edir: “Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Ən önəmlisi, bu görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması ölkəmizin regiondakı lider mövqeyini, irəli sürdüyü sülh təşəbbüslərini və iqtisadi əməkdaşlıq potensialını bir daha təsdiqləyir”. Sevinc Hüseynova xüsusilə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşünü səfərin mühüm hadisəsi kimi dəyərləndirib: “Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər və iki lider arasında səmimi münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Bununla yanaşı, dövlət başçısının Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri və Avropa Şurasının Baş Katibi ilə görüşləri də ölkəmizin Cənubi Qafqazda sülh və sabitliyin təşəbbüskarı kimi mövqeyini dahada gücləndirdiyi kimi, həm də ona artan maragın göstəricisi oldu. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-ın aparıcı investisiya şirkətləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində ölkəmizin enerji və investisiya potensialına böyük maraq göstərilib.

Ümümilikdə, bütün görüşlərin əsas mövzusu isə Azərbaycan-Ermənistan sülh müqaviləsinin (Vaşinqton 2025 ) təqdir olunması ,sülh gündəliyinin təşəbüskarı olan Prezident İlham Iliyevin mövqeyi və qlobal təhlükəsizliyə verdiyi töhfəsi vürgülanıb Məsələn ,Finlandiya və Yunanıstanın liderləri Azərbaycanın sülh prosesindəki rolunu ”tarixi nailiyyət” adlandırırıb. Sevinc Hüseynova bildirib ki, BMT Baş Katibi çıxışında 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış çərçivə sazişini münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ kimi alqışlayıb.

İndiyə gədər bizə, ikilistandartlar fonunda fərqli yanaşmalar sərqilənirdi. Deputat əlavə edib ki, səfərin ən yaddaqalan məqamı Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı olub: “Bu çıxış hər bir azərbaycanlıda qürur və fəxarət hissi yaratdı. Qalib xalqın qalib lideri olaraq, Zəfər Səlnaməsinin müəlifi Prezident İlham Əliyev Vətən müharibəsində qazanılmış zəfərin 5 illiyi ərəfəsində tarixi nailiyyətlərimizi dünya ictimaiyyətinə təqdim etdi. Ölkə Başcısı tarixi ədalətin və və beynalxalq hüququn   bərpa etmək təcrübəsini bölüşdü. Çıxış həm dərin məzmunu, həm də irəli sürülən konkret təşəbbüsləri ilə beynəlxalq sistemin gələcəyinə təsir göstərə biləcək əhəmiyyətli mesajlarla yadda qaldı”.

Prezident çıxışında Azərbaycanın sülhə gədər 30 ildən artıq müddət ərzində keçdiyi ağır tarixi yol, ölkənin iyirmi faizinin Ermanıstan silahlı qüvvələri tərəfindən işğal edilməsi, işğal nəticəsində bir milyon azərbaycanlının öz dədə-baba yurdundan dıdərgin salınması, BMT-nın Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin  ( Ermanıstan silahlı quvvələrinin dərhal,tam və qeyd-şaərtsiz işğal edilmiş ərazilərdən çıxarılması) tələblərinin icra edilməməsi və buna görədə işğalçının beynalxalq ictimayətin heç bir sanksiyasına mərüz qalmadığı, 1992-cı ildə münaqişənin həlli üçün təsis edilmiş Minsk qrupunun öz missiyasını yerinə yetirə bilmədiyi ,2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilən 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası, eləcə də müharibədən sonra beş prinsipdən ibarət sülh təşəbbüsləri barədə ətraflı məlumat verib.Sülhə gələn yolda “müxtəlif təxribatlara baxmayaraq ,danışıqların ikitərəfli formatda hər hansı bir müdaxilə olmadan aparılmasının müsbət nəticənin əldə olunmasina imkan yaratdığı və 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış çərçivə sazişinin,umumilikdə isə Vaşinqton Samitinin münasibətlərin normallaşması istiqamətində mühüm nəticələri xüsusi qeyd olundu. Samitin müsbət nəticələrindən biridə  sülh prosesində faydasız mexanizm olan ATƏT-in Minsk qrupunun ləgv olunması ilə baglı müraciətin artıq icra olunmasıdır, sentyabrın 1-də Minsk qrupu təşkilatı özü tərəfindən rəsmən ləğv olunmasını bəyan etmişdir”.

Dövlət başçısının  azad olunmuş ərazilərdə işgalçını törətdiyi humanitar fəlakətdən və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən bərpa-quruculuq işləri rəqəmlərlə diggətə çatdirildı. Bunun özüdə dünya üçün nadir nümünələrdəndir. Ölkəmizin başçısı çıxışında vurguladı ki, “biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.

Dövlət başçısının çıxışında, Azərbaycan-BMT arasında uğurlu əməkdaşliqdan, buna ölkəmizin verdiyi töhvə, dünyanı nərahat edən problemlər və çıxış yolları qeyd olundu.

Sonda, Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi “Gəlin, ikili standartların aradan qaldırıldığı, qanunun aliliyinə hörmət olunan, sülhün əməli addımlarla təmin edildiyi bir dünya quraq” çağırışı beynəlxalq ictimaiyyət üçün daha bir mühüm mesaj oldu. Azərbaycan yaşadıgı acıları heç bir  ölkənin yaşamamasını istəmir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider