Qarabag Media

Yusif Məmmədov: Zəfərdən dirçəlişə

Tarix:23-11-2024, 10:26 Baxış Sayı:165 Kateqoriya:Siyasət

Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün

Yusif Məmmədov - 20 noyabr Ağdam Şəhəri Günüdür. 27 il sonra Ağdam işğaldan azad olundu. Bu gün Ağdamda gemişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu.
2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatları başladı. 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan rəşadətli Ordumuz gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu dünyaya çatdırdı. Ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
27 il işğal altında olan Ağdam viran qalmış bir məkana çevrildi. Bütün binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıq, vandallıq, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, bütün dünya bunu görməlidir və görür.
Erməni vandalları tərəfindən dağıdılan Ağdamın “Qafqazın Xirosiması” adlandırılması da təsadüfü deyildi. Ermənistanın törətdiyi müharibə cinayətləri bütün dünyaya bəllidir. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri - qanuni əməllər törədib.
Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukturu dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün işğaldan azad olunan digər ərazilər kimi Ağdamda da böyük abadlıq-quruculuq işləri aparılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
Bu gün Ağdam şəhərində abadlıq-quruculuq işləri aparılır. Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.
Prezident İlham Əliyevin Ağdam rayonuna çoxsaylı səfərləri və burada yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi abadlıq-quruculuq işlərinin sürəti, ardıcıl şəkildə aparılması barədə aydın təsəvvür yaradır. Ağdam ilk “ağıllı şəhər” olacaq. Daim ilklərə imza atan Azərbaycanın dünyaya təqdim etdiyi yeniliklər sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də daxildir.
Bu gün digər ərazilərimiz kimi, Kəlbəcər rayonu da dirçəlir. Dövlətimizin başçısı İlham Əliyevin  işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcərin işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!” söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirdi ki, biz Kəlbəcəri bərpa edəcəyik. Nəinki Kəlbəcərə, bütün şəhərlərimizə, kəndlərimizə həyat qayıdacaq.
Bu il Kəlbəcər şəhərinin sakinlərinə qovuşacaq şəhərimiz sırasında nəzərdə tutulması görülən işlərin miqyasının təqdimatıdır. Füsunkar təbiətə, zəngin mədəni irsə malik olan Kəlbəcər rayonu tezliklə böyük turizm məkanı kimi dünyanın diqqətində olacaq.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu
Aqil Xəlilov – Sumqayıt Elektrik Şəbəkəsində Peşəkar və Səmərəli İdarəçilik
Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər
Məmməd Musayev – Azərbaycanın Aqrar Sektorunun İnkişafında və Sahibkarlığın Dəstəklənməsində Fədakar Lider
XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
Tərtər Rayonunun Yol İnfrastrukturu və Görülən İşlər
Mingəçevir Turizm Kollecinin Uğurlu Rəhbəri: Elşad Abdullayevin Təhsil və Turizm Sektoruna Töhfələri
Aynurə Əyyubova – Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uğurlu Rəhbəri
Seymur Orucov – Ağstafa Rayonunun İnkişafına Töhfə Verən Lider
Nazim Əliyev: Sumqayıt Telekommunikasiya Qovşağının Rəisi və Telekommunikasiya Sektorunda Liderlik
Binəqədidə Yeni Dövr: Rəşad İsayev Bələdiyyə Sədri Seçildi – Şəhid Ailələri və Qazilərə Xüsusi Dəstək!
Yasin Əlquliyev – Fədakar İdarəçi və Xidmətinə Sadiq Rəhbər
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar və Sədaqətli Rəhbəri
Məmməd Musayev: "Aqrarkredit" QSC-nin İdarə Heyətinin Sədri və Sahibkarlar Təşkilatlarının Lideri