Qarabag Media

Bayram Muradov: “COP29 Azərbaycanın uğur hekayəsi olacaqdır”

Tarix:12-11-2024, 11:39 Baxış Sayı:163 Kateqoriya:Siyasət

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov - “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir.
Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Sonuncu COP28 cari il Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Dekabrın 11-də isə Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.”

“Bu qərarın qəbulu beynəlxalq müstəvidə Azərbaycan dövlətinin növbəti qələbəsidir. Azərbaycan indiyədək ölkəmizdə keçirilən bir sıra beynəlxalq əhəmiyyətli, qlobal xarakterli tədbirlərə uğurla ev sahibliyi edib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur.
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edərək bildirb ki, “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.”
Bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın bütün məsələlərdə Azərbaycana qarşı çıxış etməsi, ölkəmizi hətta təcavüzkar bir dövlət səviyyəsində suçlaması fonunda bu qərarın qəbul edilməsi müstəsna əhəmiyyətə malikdir. Ölkəmizin başçısının qeyd etdiyi kimi, indi hamı gördü ki. Mövcud vəziyyətlə Ermənistan özü barışmaq məcburiyyətində qalmış və COP29-un Azərbaycanda keçirilməsinə dəstək vermişdir. Bu da ilk növbədə Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Dövlət başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.
Ölkəmizin başçısı əminliklə qeyd edib ki, ölkəmiz bu mötəbər tədbiri yüksək səviyyədə keçirəcəkdir: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.
Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.”
“Biz həqiqətən də cənab Prezident İlham əliyevin dediyi kimi COP29-u uğur hekayəsinə çevirmək üçün əlimizdən gələni edəcəyik”.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru