Qarabag Media

Cavid Məmmədov: "Bütün təzyiqlərə baxmayaraq Azərbaycan "COP29"u yüksək səviyyədə təşkil edir

Tarix:12-11-2024, 11:35 Baxış Sayı:155 Kateqoriya:Siyasət

İlham Əliyev: "İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq"

Cavid Məmmədov - "COP29"un Bakıda keçirilməsi mühüm beynəlxalq tədbirlərin təşkilinə görə böyük təcrübəyə malik olan Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir:

"COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzinə çevrilib. Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır.

Azərbaycan özü bu sahədə mühüm tədbirlər görüb. Görülən işlər nəticəsində ekologiyanın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Onu da vurğulamaq yerinə düşər ki, qeyd olunan qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir.

Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə sadiqliyi və bu istiqamətdə götürdüyü öhdəliklər də diqqətəlayiqdir.

Azərbaycan enerji istehsalçısı olmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yatırır və bu sahədə qabaqcıl təşəbbüsləri ilə tanınır. Məsələn, son beş ildə Azərbaycanın bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu diqqət çəkir. Ümumilikdə isə Azərbaycan 2027-ci ilədək 2,8 milyard ABŞ dolları həcmində BOEM (bərpa olunan enerji mənbələri) layihələrinin icrasını planlaşdırır. Bu da yaşıl enerji potensialının inkişafına verdiyi önəmi nümayiş etdirir.

Lakin bir məsələ də var. Belə ki, Azərbaycan iqlim təhlükəsizliyinə verdiyi vacib dəstəyə baxmayaraq enerji istehsalçısı olduğu üçün bəzi hallarda diskriminasiyaya məruz qalır. Bu yanaşma, beynəlxalq iqlim mübarizəsində ədalətli yanaşmanın təmin olunmasını daha da zəruri edir.

COP29 bütün dünya dövlətləri üçün önəmlidir və ona görə də, bu mötəbər tədbirdə dünya ölkələrinin iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcəyini gözləmək olar.

COP29-a ev sahibliyi etməklə Azərbaycan yaşıl enerji üzrə lider ölkələrlə, həmçinin maliyyə elitaları ilə münasibətlərini genişləndirə biləcək. Çünki aparıcı ölkələrin və maliyyə mərkəzlərinin dəstəyi və sərmayəsi olmadan enerji keçidini reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək mümkün deyil. Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, rəsmi Bakı üçün ölkəyə sərmayə qoyulmasına çağırışların edilməsi və beynəlxalq maliyyə kanallarının açılması strateji əhəmiyyət daşıyır. Bu kontekstdə maliyyə təminatı iqlim dəyişikliyi ilə mübarizədə böyük önəm kəsb edir.

Yəni, bu baxımdan da COP29 tədbirində maliyyə məsələləri xüsusi diqqət mərkəzində olacaq. COP və iqlim dəyişməsi ilə əlaqədar dünya Qərbdən yeni maliyyə öhdəlikləri gözləyir. Lakin biz görürük ki, bu qlobal problemlə mübarizədə maliyyə öhdəliyindən yayınmaq üçün Qərb COP29-a ev sahibliyi edən ölkəyə qarşı böhtan və şantaj kampaniyası aparır. Bu isə qəbulolunmazdır. Nəzərə alsaq ki, iqlimə böyük ziyan vuranlar arasında Qərb ölkələri daha çox üstünlük təşkil edir. Bu baxımdan, onlar Azərbaycanın xoş niyyətinə zərbə vurmağa və beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışırlar.

Buna görə də, beynəlxalq ictimaiyyətin bu cür taktikaların fərqində olması və inkişaf etməkdə olan ölkələrin haqqını qorumaq üçün səs çıxarması vacibdir.

Amma bir fikiri xüsusi qeyd etmək lazımdır. Bütün təzyiqlərə baxmayaraq Azərbaycan COP29 kimi mötəbər tədbiri yenə də yüksək səviyyədə təşkil edir. Ona görə ki, Azərbaycan beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəyə malikdir"
 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru