Qarabag Media

Hicran Şərifov: Azad və abad Füzuli - tarixi Zəfərdən Böyük Qayıdışa

Tarix:Вчера, 22:02 Baxış Sayı:3 Kateqoriya:Siyasət

bu-mexanizmler-hazirlanmayanadek-muharibeler-davam-edecek

Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və Ordumuzun qəhrəmanlığının təntənəsi kimi xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu Zəfərin mühüm səhifələrindən biri 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi olmuşdur.
Azərbaycanın cənub-qərbində, Qarabağ və Arazboyu ərazilərin qovuşduğu strateji mövqedə yerləşən Füzuli rayonu əlverişli coğrafi şəraiti, məhsuldar torpaqları və zəngin tarixi-mədəni irsi ilə seçilir. 1930-cu ildə Qaryagin rayonu kimi yaradılmış, 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılmış rayon qədim yaşayış məskənləri, arxeoloji və memarlıq abidələri ilə zəngindir. Qaraköpəktəpə, Qarabulaq kurqanları, Qarğabazar kəndindəki Hacı Qiyasəddin məscidi və karvansara bu ərazinin tarixi-mədəni əhəmiyyətini əks etdirən nümunələrdəndir.
Lakin Ermənistanın işğalçılıq siyasəti Füzulinin tarixi simasına və sosial-iqtisadi həyatına ağır zərbə vurmuşdur. 1993-cü il avqustun 23-də şəhər və rayonun böyük hissəsi işğal edilmiş, yaşayış məntəqələri dağıdılmış, minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olmuşdur. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı nəticəsində rayonun bir sıra əraziləri azad edilsə də, Füzulinin tam azadlığı 2020-ci ildə mümkün olmuşdur.
Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər xüsusilə mürəkkəb xarakter daşıyırdı. Düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xətlərinin yarılması hərbçilərimizdən yüksək peşəkarlıq, cəsarət və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Bu qələbə düşmənin müdafiə sisteminə ağır zərbə vuraraq sonrakı hərbi əməliyyatlar üçün mühüm strateji imkanlar yaratdı.
Füzulinin azadlığı Azərbaycan əsgərinin qəhrəmanlığının, dövlətimizin hərbi qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür. Şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və hərbçilərimizin Vətənə sədaqəti tariximizin unudulmaz səhifələrindəndir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli Şəhəri Günü elan edilməsi bu tarixi qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Füzulinin azad edilməsi ilə yeni mərhələ başlasa da, onun qarşısında ciddi problemlər qalırdı. İşğal dövründə ərazilərin genişmiqyaslı minalanması insanların təhlükəsizliyinə, quruculuq işlərinə və doğma yurda qayıdışa maneələr yaradır. Füzuli mina çirklənməsinin ağır olduğu ərazilərdən biridir. Buna görə də minatəmizləmə, insanların təhlükəsizliyinin təmin edilməsi və yaşayış üçün yararlı mühitin yaradılması dövlətin əsas prioritetləri sırasındadır.
Prezident İlham Əliyevin tapşırıqları əsasında Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Məqsəd dağıdılmış şəhəri əvvəlki vəziyyətinə qaytarmaqla kifayətlənməyərək müasir şəhərsalma prinsiplərinə uyğun, təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaratmaqdır. Yeni yaşayış məhəllələri, sosial obyektlər, yollar, enerji və su infrastrukturu rayonun gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır.
2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılması Qarabağın dirçəlişində mühüm hadisə oldu. Zəfər yolu, Əhmədbəyli-Füzuli-Şuşa və Füzuli-Hadrut avtomobil yolları, digər infrastruktur layihələri rayonun nəqliyyat imkanlarını genişləndirir, iqtisadi əlaqələrin inkişafına şərait yaradır.
Füzulinin dirçəlişinin əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində yaşayış məntəqələri bərpa olunur, sosial infrastruktur qurulur, məşğulluq və layiqli həyat şəraiti üçün imkanlar yaradılır. 2023-cü il avqustun 18-də Füzuli şəhərinə sakinlərin qayıdışına başlanılması uzun illər davam edən yurd həsrətinin sona çatması istiqamətində tarixi addım oldu.
Qardaş dövlətlərin Füzulinin bərpasına verdiyi töhfələr də xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın təşəbbüsü ilə şəhərdə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb iki xalqın dostluq və qardaşlığının rəmzidir. Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə uşaqların istedadlarının üzə çıxarılmasına və mədəni inkişafına xidmət edir. Qardaş Türkmənistanın Füzulidə məscid inşasına dəstəyi də türk dünyasının həmrəyliyini nümayiş etdirir. Bu layihələr azad edilmiş torpaqların dirçəlişinə göstərilən maddi və mənəvi dəstəyin parlaq nümunələridir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuliyə səfərləri rayonun bərpası və inkişafının ardıcıl şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Dövlət başçısının 2020-ci il noyabr ayında Füzulidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi Zəfərimizin rəmzinə çevrilmişdir. Sonrakı səfərlər zamanı infrastruktur layihələrinin təməlinin qoyulması, yeni obyektlərin açılışı və sakinlərlə görüşlər Füzulinin gələcəyinə göstərilən diqqətin ifadəsidir.
Bu gün Füzuli işğalın dağıntılarından dirçəlişə, yurd həsrətindən Böyük Qayıdışa doğru inamla irəliləyir. Müasir nəqliyyat infrastrukturu, kənd təsərrüfatı imkanları və yaradılan sosial-iqtisadi şərait rayonun Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Yeni yaşayış məhəllələri, fəaliyyət göstərən məktəblər və doğma ocaqlarına qayıdan ailələr tarixi Qələbənin real nəticələridir.
17 Oktyabr - Füzuli Şəhəri Günü xalqımızın qəhrəmanlığını, milli birliyini və doğma torpaqlara bağlılığını təcəssüm etdirir. Bu gün şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin şücaətinə minnətdarlığın və gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın tarixi Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərə sadiqliyini nümayiş etdirir. Əminliklə demək olar ki, Füzuli qarşıdakı illərdə daha da inkişaf edərək Qarabağın abad və firavan şəhərlərindən birinə çevriləcəkdir.
Füzulinin azadlığı qəhrəmanlığımızın, dirçəlişi dövlətimizin qüdrətinin, gələcəyi isə xalqımızın sarsılmaz iradəsinin təntənəsidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncədə hesabat yığıncağı keçirilib
Tahir Abbasov: “Qan yaddaşımızın 20 yanvar səhifəsi - milli iradənin zəfəri və qürur tarixi”
Şamaxının İnkişafına Sadiq Lider: Tahir Məmmədovun Vətənpərvər və Fədakar Xidməti
Əfqan Xudaverdiyev: Tarix Yaradan Liderin Doğum Günü: Azərbaycanı Zəfərə Aparan İlham Əliyev
İnsan sağlamlığının keşiyində duran peşəkar LOR həkimi – Fuad Abdullayev
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".