Qarabag Media

Leylaxanım Əlizadə: Zəfər günümüz ümummilli qürur günümüzdür

Tarix:7-12-2023, 12:34 Baxış Sayı:541 Kateqoriya:Siyasət

Medicina.az - Ölkədəki qadın həkimlərin sayı açıqlandı - STATİSTİKA

Bəzi internet saytlarında Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsində laborant-həkimi Leylaxanım Əlizadə ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Leylaxanım Əlizadə haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsində laborant-həkimi Leylaxanım Əlizadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Leylaxanım Əlizadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Leylaxanım Əlizadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsində laborant-həkimi Leylaxanım Əlizadə - Bəli, Zəfər günümüzü, ümummilli qürur günümüzü bizə bəxş edən Ali Baş Komandanımız, 30 il düşmən tapdağı altında qalan tarixi torpaqlarımızı azad etməklə, tapdalanan ləyaqətimizi təmizləyərək qürurumuzu özümüzə qaytardı, itmiş ümidimizi bərpa etdi.

Leylaxanım Əlizadə: Zəfər günümüz ümummilli qürur günümüzdür

Əsil həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Böyük Qələbəni qanı-canı hesa­bına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiy­yəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaş­dırmış oldu.   “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.

Üç il öncə, şahidi olduğumuz, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da keçirilən  Zəfər paradında Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızıın tarixinə qürurverici hadisə olaraq qızıl hərflərlə yazıldı. Zəfər bayramı münasibətilə keçiriliən paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Vətən Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha bir millət, iki dövlət  olduğumuzu təsdiqlədi.

Ali Baş Komandan İlham Əliyevin  paradda qeyd etdiyi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” sözlər hər bir azərbaycanlını olduqca qürurlandırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə  “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” söyləməsi  qürurverici olmaqla yanaşı Azərbaycana qarşı olan qüvvələrə qarşı ciddi bir mesaj idi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında yüzlərlə hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi bizim gücümüzün, qüdrətimizin nümayişi oldu. Paradın qürurverici anlarından biri də  müharibə zamanı qənimət kimi ələ keçirilmiş Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların bir qisminin nümayişi oldu və bu da  düşmənin necə rəzil vəziyyətə düşdüyünü göstərdi.

Möhtəşəm Zəfərlə başa çatan 44 günlük müharibənin hər anı şanlı tariximiz olaraq yaddaşımıza həkk olundu. Bəli,  döyüşlər zamanı  hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu gün biz qürur hiss ilə qeyd edirik ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu vətənpərvərliyin və əsgər andına sadiqliyin bariz nümünəsi idi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Məğlubiyyət ermənilər üçün
qaçılmaz idi. Ermənistan eyni zamanda mənəvi məğlubiyyətə uğradı  və müharibə dövründə 10 mindən çox fərarisi oldu. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən insanlığa sığmayan əməllərini davam etdirərək mülki əhaliyə qarşı hərbi cinayətlər törətmiş, dinc əhalini ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutmuşdur. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, beş mindən çox evə ziyan dəymişdir.

Ali Baş Komandanı İlham Əliyevin  xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbənin əbədiləşdirilməsi naminə Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin Hərbi Qənimətlər Parkının salınması xüsusi diqqətə və alqışa layiqdir. Parkdakı sərgilənən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları qələbəmizi təcəssüm etdirməklə yanaşı dünyaya erməni vandalizminin nümayişini təmin edir.

Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratdı  və hər kəs bu reallığı qəbul etməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istəyinə daim nail olacaq.

Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparılır. Artıq bu tarixi, əbədi ərazilərimizdə yeni həyat başlayır, Böyük Qayıdış başlanıb. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ədalətli və ləyaqətli mübarizəsini qəbul etməyən bəzi revanşist qüvvələr sülh və normalaşma prosesinə maneə olmaq, əngəl yaratmaq istəsə də onlar öz niyyətlərinə çata bilməyəcəklər. Məğlub edilmiş ölkə hər hansı iddia edə bilməz. Özü də Ermənistan kimi 30 ilə yaxın işğalçılıq siyasəti nəticəsində humanitar, ekoloji fəlakət törədən, şəhər və kəndlərimizi talan edən, tarixi-dini-mədəni irsimizi məhv edən bir terrorçu ölkə bundan sonra heç bir mənfur niyyətinə nail ola  bilməz. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını birmənalı yerinə yetirməli və Azərbaycanın diqtə etdiyi qaydalara əməl etməlidir. Ermənistanın nicatı məhz bu  yoldan keçir, əks təqdirdə məhv olmağa daha tez düçar olacaqdır!

Bu bir tarixi həqiqətdir ki,  güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canı qüdrətli dövlətə çevirib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan, Zəfərlər Ölkəsi olan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.  Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb.  Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər deməyə əsas verir ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edəcək.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq