Qarabag Media

Akşin Osmanov: Naxçıvan Böyük Dəyişikliklərin Astanasında – Strateji Hədəflər Reallığa Çevrilir

Tarix:Сегодня, 11:33 Baxış Sayı:3 Kateqoriya:Siyasət


helelik-iki-istiqamet-var-biri-turkiye-biri-iran


Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcəyi ilə bağlı tamamilə yeni mənzərəni ortaya qoydu. Səfər zamanı təqdim edilən layihələr göstərdi ki, qarşıdakı mərhələdə Naxçıvan yalnız sosial-iqtisadi baxımdan inkişaf edən bölgə deyil, Azərbaycanın enerji, sənaye və nəqliyyat strategiyasında mühüm mövqeyə malik böyük iqtisadi mərkəz kimi formalaşdırılır. Dövlət başçısının AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlər də bu siyasətin ayrı-ayrı layihələrdən deyil, uzunmüddətli və sistemli inkişaf konsepsiyasından ibarət olduğunu göstərir. Prezident İlham Əliyev Naxçıvana Prezident kimi 17-ci səfərinin hər birinin böyük məna və nəticələr daşıdığını bildirərək muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafının bundan sonra da təmin ediləcəyini vurğulayıb.
Naxçıvanın yeni iqtisadi mərhələsinin əsas dayaqlarından biri istehsal və sahibkarlığın genişləndirilməsidir. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. 310 hektarlıq ərazini əhatə edəcək park sadəcə yeni müəssisələrin yerləşəcəyi məkan kimi deyil, bütöv sənaye ekosistemi kimi nəzərdə tutulur. Burada enerji, qaz, su, rabitə, nəqliyyat, istehsal və sosial infrastrukturun yaradılması gələcək investorların fəaliyyəti üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyevin Sənaye Parkında praktiki işlərin tezliklə başlanacağına əminliyini ifadə etməsi Naxçıvanda real sektorun genişləndirilməsinə verilən önəmin göstəricisidir.
Yeni sənaye modelinin mühüm tərəfi onun enerji imkanları ilə paralel qurulmasıdır. Naxçıvanda həyata keçirilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları bu baxımdan diqqəti cəlb edir. Ümumi gücü 50 MVt olan iki stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın bərpaolunan enerji üzrə mövcud imkanları daha da genişlənəcək. Ancaq qarşıya qoyulan hədəflər bundan qat-qat böyükdür. Prezident İlham Əliyev Naxçıvanın Günəş enerjisi potensialının ən azı 500 MVt, gələcəkdə isə hətta 1000 MVt səviyyəsinə çata biləcəyini bildirib. Bu, Naxçıvanın gələcək iqtisadi modelində yaşıl enerjinin necə böyük rol oynayacağını göstərir.
Əsas məqam ondan ibarətdir ki, artıq söhbət yalnız Naxçıvanın öz enerji tələbatının ödənilməsindən getmir. Qarşıdakı məqsəd muxtar respublikanın elektrik enerjisi ixrac edən bölgəyə çevrilməsidir. Prezident İlham Əliyevin “biz elektrik enerjisi ilə də çıxmaq istəyirik” fikri Azərbaycanın Avropa enerji bazarında yeni istiqamətdə mövqe tutmaq niyyətini ifadə edir. Dövlət başçısının açıqladığı strateji baxışa əsasən, Azərbaycan gələcəkdə elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi çıxış etməyi hədəfləyir. Naxçıvan isə bu böyük enerji xəritəsinin əsas istiqamətlərindən birinə çevrilə bilər.
Muxtar respublikanın gələcəyini dəyişdirəcək digər böyük istiqamət nəqliyyatdır. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə yeni nəqliyyat bağlantısının yaradılması uzun illər strateji məqsəd olub. İndi bu məqsəd konkret dəmir yolu, avtomobil yolu və digər kommunikasiya layihələri ilə müşayiət olunur. Naxçıvan dəmir yolunun yenidən qurulması nəticəsində onun uzunluğunun 194 kilometrə çatdırılması və yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin açıqladığı əsas hədəf bu nəqliyyat arteriyasının ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılmasıdır.
Məhz burada Naxçıvanın gələcək regional rolu daha aydın görünür. Zəngəzur dəhlizinin fəaliyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması demək deyil. Bu marşrut Şərq-Qərb və Şimal-Cənub nəqliyyat sistemlərinin mühüm qollarından birinə çevrilə bilər. Prezident İlham Əliyev dəhlizin fəaliyyətə başlamasının iqtisadi fəallığı artıracağını, yeni iş yerlərinin yaradılmasına imkan verəcəyini və Naxçıvanı əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevirə biləcəyini bildirib. Beləliklə, uzun illər coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı qalan Naxçıvan gələcəkdə böyük beynəlxalq tranzit şəbəkəsinin mərkəzində yerləşə bilər.
Bu strategiyanın daha mühüm tərəfi Zəngəzur dəhlizinə kompleks yanaşılmasıdır. Artıq dəhliz yalnız avtomobillərin və qatarların hərəkət edəcəyi yol kimi nəzərdən keçirilmir. Prezidentin açıqlamalarına əsasən, buradan elektrik xətləri və fiber-optik kabelin, gələcəkdə ehtiyac yaranarsa, neft və qaz kəmərlərinin də keçirilməsi mümkündür. Belə bir model reallaşarsa, Naxçıvan nəqliyyat qovşağı olmaqla yanaşı, enerji və kommunikasiya körpüsü funksiyasını da yerinə yetirəcək.
İqtisadi və strateji layihələrlə paralel olaraq Naxçıvanda insanların gündəlik həyatına birbaşa təsir edən dəyişikliklər də həyata keçirilir. Şəhər nəqliyyatının elektrik avtobusları ilə yenilənməsi bunun bariz nümunəsidir. 60 yeni elektrik avtobusunun istifadəyə verilməsi, rəqəmsal monitorinq və dispetçer sisteminin qurulması, bank kartları və müxtəlif elektron ödəniş vasitələrinin tətbiqi Naxçıvanda ictimai nəqliyyatın müasir modelə keçirilməsi deməkdir. Prezident İlham Əliyev eyni zamanda rayonlararası nəqliyyatın yenilənməsi üçün 217 müasir avtobusun alınmasına göstəriş verildiyini açıqlayıb.
Sosial siyasətin davamı olaraq Naxçıvan şəhərində 518 mənzildən ibarət yaşayış kompleksinin təməlinin qoyulması da mühüm hadisədir. Yeni yaşayış məkanı yalnız binalardan ibarət olmayacaq. Burada uşaq bağçası, xidmət obyektləri, yollar, səkilər və yaşıllıq sahələri ilə birlikdə müasir yaşayış mühitinin yaradılması nəzərdə tutulur. Bu yanaşma göstərir ki, aparılan quruculuq siyasətində iqtisadi göstəricilərlə yanaşı insanların yaşayış rahatlığı və sosial təminatı da əsas istiqamətlərdən biri olaraq qalır.
Naxçıvanın təhlükəsizliyinin möhkəmləndirilməsi isə bütün bu inkişaf proqramlarının strateji dayağıdır. Ali Baş Komandan İlham Əliyevin yeni yaradılmış əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirakı bu baxımdan xüsusi məna daşıyır. Prezident Naxçıvanın coğrafi xüsusiyyətlərini nəzərə alaraq onun hərbi potensialının gücləndirilməsinə daim xüsusi diqqət göstərildiyini bildirib. Ən müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Naxçıvanın müdafiə imkanlarının davamlı şəkildə artırıldığını nümayiş etdirir.
İnkişafın digər mühüm istiqaməti kənd təsərrüfatı və su təminatıdır. Muxtar respublikanın aqrar potensialından daha səmərəli istifadə edilməsi üçün yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin yaradılması və hazırda suvarılmayan torpaqların su ilə təmin olunması planlaşdırılır. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrıldığını bildirib. Bu layihələrin həyata keçirilməsi kəndlərdə iqtisadi fəallığın genişlənməsinə, torpaqların əkin dövriyyəsinə qaytarılmasına və yerli istehsalın artmasına yeni imkanlar yaradacaq.
Naxçıvanın zəngin tarixi və mədəni irsi də yeni inkişaf strategiyasından kənarda qalmır. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin qorunması və Əcəmi Naxçıvaninin irsinin yaşadılması istiqamətində görülən işlər iqtisadi modernləşmə ilə milli-mədəni dəyərlərin qorunmasının paralel aparıldığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün görülən işlərin təməlində milli kimlik, milli ruh, tarix, dil, ədəbiyyat və mədəniyyət dayanır.
Turizm də Naxçıvan üçün böyük perspektiv vəd edən sahələrdəndir. Tarixi abidələr, dağlıq ərazilər, təmiz hava və zəngin təbiət muxtar respublikaya geniş turizm imkanları verir. Prezident İlham Əliyev mövcud mehmanxana infrastrukturunun bu potensiala tam cavab vermədiyini qeyd edib. Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması bu çatışmazlığın aradan qaldırılması istiqamətində atılan addımlardan biridir.
Bütün layihələri birləşdirən əsas məqam isə Naxçıvana artıq ayrıca deyil, Azərbaycanın yeni inkişaf coğrafiyasının mühüm hissəsi kimi yanaşılmasıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi konsepsiyada Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid inkişaf məkanının üç mühüm dayağı kimi çıxış edir. Bu ərazilərin yaşıl enerji, müasir şəhərsalma, yeni nəqliyyat infrastrukturu və təkmilləşdirilmiş idarəetmə prinsipləri əsasında inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Dövlət başçısı Naxçıvanın muxtar respublika statusunun saxlanılması ilə idarəetmə qaydalarının təkmilləşdirilməsinin vacibliyini də vurğulayıb.
Prezident İlham Əliyevin Naxçıvana səfərinin ümumi mənzərəsi göstərir ki, muxtar respublika üçün qarşıya qoyulan məqsəd sadəcə mövcud infrastrukturu yeniləmək deyil. Burada istehsal edən, enerji ixrac edən, beynəlxalq yükləri qəbul edən, müasir nəqliyyat sisteminə malik, sosial infrastrukturu yenilənən və tarixi-mədəni irsini qoruyan yeni iqtisadi məkan formalaşdırılır. Bu böyük transformasiyanın mərkəzində isə Naxçıvanın Azərbaycanın ümumi inkişafına daha sıx inteqrasiyası və onun strateji imkanlarının tam şəkildə reallaşdırılması dayanır.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncədə hesabat yığıncağı keçirilib
Tahir Abbasov: “Qan yaddaşımızın 20 yanvar səhifəsi - milli iradənin zəfəri və qürur tarixi”
Şamaxının İnkişafına Sadiq Lider: Tahir Məmmədovun Vətənpərvər və Fədakar Xidməti
Əfqan Xudaverdiyev: Tarix Yaradan Liderin Doğum Günü: Azərbaycanı Zəfərə Aparan İlham Əliyev
İnsan sağlamlığının keşiyində duran peşəkar LOR həkimi – Fuad Abdullayev
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".