Qarabag Media

Hacı Salayev: Qətiyyətli mövqe

Tarix:7-09-2023, 16:56 Baxış Sayı:289 Kateqoriya:Siyasət

Bəzi jurnalistlərin ağlına nə gəldi qələmi ələ alır

Hacı Salayev - “Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin edib. II Qarabağ müharibəsindən öncə, Vətən müharibəsinin gedişində, post-münaqişə dövründə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi siyasi-diplomatik müstəvidə sərgilədiyi mövqe dünya ictimaiyyətinin diqqəttində idi. Bu gün də Azərbaycanın haqlı mövqeyinin təşviqi istiqamətində atılan addımlar, ortaya qoyulan qətiyyətli mövqe bunun əyani təzühürüdür.”

Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanın haqlı mövqeyi bir daha ifadə olunub: “Telefon danışığında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir. Erməni tərəfi bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır. Eyni zamanda Ermənistan məqsədli şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yoldan yüklərin daşınmasından imtina edir”. Millət vəkilinə görə, ölkə başçısının da vurğuladığı kimi Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadədən imtinası siyasi manipulyasiyadır: “Bu həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün ortaya atılmış şoudur. Azərbaycan dövlətinin iradəsi ondan ibarətdir ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Dövlətimizin başçısının da bildirdiyi kimi burada separatizmin bütün təzahürləri qəbulolunmazdır”.

 Azərbaycanla razılaşdırmadan Ermənistanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin daxili işlərinə qarışmaqdır: “Bu açıq şəkildə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib. Dövlətimizin başçısı həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatçı rejimin bundan imtina etdiyini A.Blinkenin nəzərinə çatdırıb”.

Prezident İlham Əliyev tərəfindən Qarabağın erməni əhalisinin nümayəndələri ilə reinteqrasiya məsələlərinin müzakirəsinin mümkünlüyü bəyan edilib: “Bu müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onlar bundan da imtina edib. Öz növbəsində ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirib. O qeyd edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Eyni zamanda Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini ifadə edib”.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir
Bayram Muradov – Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Peşəkar və Fədakar Direktoru
Tahir Məmmədov – Yasamalın İnkişafına Böyük Töhfə Verən Fədakar Rəhbər
Hafiz müəllim: Liderlik Zəfəri - İlham Əliyevin Azərbaycan Tarixindəki Şanlı Yolu
Aqil Xəlilov – Sumqayıt Elektrik Şəbəkəsində Peşəkar və Səmərəli İdarəçilik
Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər
Məmməd Musayev – Azərbaycanın Aqrar Sektorunun İnkişafında və Sahibkarlığın Dəstəklənməsində Fədakar Lider
XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
Tərtər Rayonunun Yol İnfrastrukturu və Görülən İşlər
Mingəçevir Turizm Kollecinin Uğurlu Rəhbəri: Elşad Abdullayevin Təhsil və Turizm Sektoruna Töhfələri
Aynurə Əyyubova – Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Uğurlu Rəhbəri
Seymur Orucov – Ağstafa Rayonunun İnkişafına Töhfə Verən Lider
Nazim Əliyev: Sumqayıt Telekommunikasiya Qovşağının Rəisi və Telekommunikasiya Sektorunda Liderlik
Binəqədidə Yeni Dövr: Rəşad İsayev Bələdiyyə Sədri Seçildi – Şəhid Ailələri və Qazilərə Xüsusi Dəstək!
Yasin Əlquliyev – Fədakar İdarəçi və Xidmətinə Sadiq Rəhbər
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar və Sədaqətli Rəhbəri
Məmməd Musayev: "Aqrarkredit" QSC-nin İdarə Heyətinin Sədri və Sahibkarlar Təşkilatlarının Lideri