Qarabag Media

Bayram Cəfərov: “Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xilaskarlıq missiyası

Tarix:24-07-2023, 12:01 Baxış Sayı:126 Kateqoriya:Siyasət

İlham Əliyev 2023-cü ili Azərbaycanda "Heydər Əliyev İli" elan etdi



Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi Bayram Cəfərov -  “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”

Bayram Cəfərov: “Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xilaskarlıq missiyası


Aydın Talıbov Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”

Müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”



Bayram Cəfərov Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”


Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq