Qarabag Media

Razim Rüstəmov: İran Naxçıvana hücum etməklə əsl simasını göstərdi

Tarix:Вчера, 23:22 Baxış Sayı:5 Kateqoriya:Siyasət

Namiq Ağalarov: İranın hücumu Azǝrbaycana qarşı açıq tǝxribatdır

Məlum olduğu kimi, martın 5-də günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran tərəfindən pilotsuz uçuş aparatları ilə hücum edilib. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş terror aktı nəticəsində mülki obyektlər, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərdəki infrastrukturlar ciddi zərərə məruz qalıb, bir neçə mülk şəxs yaralanıb.
İranın bu əsassız addımına Azərbaycan dövləti tərəfindən kəskin cavab verilib, Xarici İşlər və Müdafiə nazirlikləri hücumu beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini bəyan edib. İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsi və izahat verilməsi, zəruri təxirəsalınmaz tədbirlər görülməsi tələb edilib. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında isə bu xain hücum qətiyyətlə pislənilərək bunu törədənlərin dərhal məsuliyyətə cəlb edilmələri tələb olunub. Dövlətimizin başçısı bildirib ki, İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməli, terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Bu hadisə İranın Azərbaycanla münasibətlərində səmimi olmadığını, fürsət düşdükcə bizə qarşı xain fəaliyyətlər həyata keçirə biləcəyini bir daha göstərdi. Azərbaycan dövlətinin İranla mehriban qonşuluq siyasəti yürüdərək çətin vaxtlarda öz dəstəyini göstərməsinə, iqtisadi-humanitar bağlantılar qurmasına baxmayaraq qarşı tərəfin bu cür hərəkətləri qəbuledilməzdir.
Cənab Prezidentin bəyan etdiyi kimi, bu cür hallar birinci dəfə deyil, bir müddət əvvəl Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi terror aktına məruz qalıb, İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədərək bir vətəndaşımızı qətlə yetirib, digərlərini ağır yaralayıb. Bu qanlı hadisənin sözsüz ki, məqsədi Azərbaycanı qorxutmaq olub. “Həmin hadisə ilə bağlı Azərbaycan tərəfindən o dövrdə çox sərt reaksiya verildi, səfirliyimiz İrandan təxliyə edidi, bütün diplomatik əlaqələr dayandırıldı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur oldu, terror aktını törədən şəxsə ən ağır cəza da verildi”.
Hadisədən xeyli keçdikdən sonra yenə də Azərbaycanın səmimi davranışları və xoşniyyəti sayəsində münasibətlər normallaşdı, ancaq İran yenə də son illərdə öz təxribatlarından əl çəkmədi, regionda və yaranmış geosiyasi gərginliklərdən dərs çıxarmadı.
Azərbaycanın öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacağı barədə qəti bəyanatlarına baxmayaraq, ölkəmizə qarşı əsassız ittihamlar dayanmadı, İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, bu ölkədə yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün durmadan dezinformasiya kampaniyaları apardı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onlar yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. “Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü”.
Son aylarda isə bölgədə yaşanan geosiyasi gərginliklər fonunda rəsmi Bakının İrana qarşı olan əməliyyatlarda iştirak etməyəcəyi və qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağının olmadığını, nə də siyasətinin buna imkan vermədiyini bəyan etməsi də qarşı tərəfdə anlaşılan nəticə vermədi.
Eləcə də, cənab Prezidentin martın 4-də İranın ölkəmizdəki Səfirliyinə gedərək Əli Xameneinin həlak olması ilə əlaqədar başsağlığı verməsi, son hadisələrdən dərin narahatlığını ifadə etməsi, İran vətəndaşlarının təxliyəsinə kömək göstərilməsi Azərbaycanın xoş məramını və etibarlı dövlət olmasını nümayiş etdirdi. Halbuki heç bir dövlət rəhbəri Azərbaycan Prezidentinin bu xoşniyyətli jestini etməyib. Bütün bunların müqabilində İran öz kin və xislətindən, çirkin əməlindən geri qalmadı, Naxçıvana gözləninməz zərbə endirdi.
Sözsüz ki, dost hesab etdiyimiz bir ölkənin namərd zərbəsi, özü də uzun illərdir ki, blokada mühitində qalmış Muxtar Respublikaya yönələn xain hərəkəti heç cür bağışlana bilməz. İran aydın şəkildə başa düşməlidir ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil, istənilən təxribat və hücumun qarşısını almaq, ən sərt şəkildə cavab vermək iqtidarındadır.
Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan törədilmiş bu əsassız terror aktıyla, təcavüzlə barışmayacaq. Mesaj konkret və aydındır: “Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar.  Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.
Aidiyyəti strukturlara cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi barədə təlimatın verilməsi Azərbaycan dövlətinin adekvat sərt addımlar atmaq qətiyyətinin anonsudur. Azərbaycan dövləti bu cür hərəkətləri cavabsız qoymayacaq.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Gəncədə hesabat yığıncağı keçirilib
Tahir Abbasov: “Qan yaddaşımızın 20 yanvar səhifəsi - milli iradənin zəfəri və qürur tarixi”
Şamaxının İnkişafına Sadiq Lider: Tahir Məmmədovun Vətənpərvər və Fədakar Xidməti
Əfqan Xudaverdiyev: Tarix Yaradan Liderin Doğum Günü: Azərbaycanı Zəfərə Aparan İlham Əliyev
İlham Əliyev: "2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı