Qarabag Media

Müşfiq Hüseynov: Güclü və prinsipial...

Tarix:13-07-2023, 14:46 Baxış Sayı:120 Kateqoriya:Siyasət

Müşfiq Hüseynov: Güclü və prinsipial...


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq HüseynovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə hər zaman olduğu kimi bir sıra aktual və mühüm mövzuların müzakirəsi ilə yadda qaldı: "Hər zaman olduğu kimi bu dəfə də cənab Prezident beynəlxalq hüququn işləməməsi və bu sahədə mövcud problemlərlə bağlı öz fikirlərini yenidən ortaya qoydu.
Bu, günümüzün reallığıdır ki, həqiqətən bu gün beynəlxalq hüquq işləmir və beynəlxlaq hüquqa da bel bağlamaq olmaz. Biz bunu öz ölkəmizin təcrübəsində də gördük: 30 il müddətində BMT-nin qətnamələri yerinə yetirilmədi və 30 il ərzində Azərbaycanın torpqaları işğal altında qaldı. İşğalçıların bizim ərazilərimizdən çıxarılması üçün də heç bir addımın atılmadığı göz önündədir.
Hər zaman cənab Prezidentin qeyd etdiyi kimi, bəzən BMT-nin elə qərarları olur ki, həmin qərarlar ən qısa zaman müddətində yerinə yetirilir və icra edilir. Azərbaycana gəldikdə isə Azərbaycanla bağlı məsələlərdə biz bu nümunəni görmürük və bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların bizə qarşı davam etdiyinin şahidi oluruq.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Dövlət Başçısının beynəlxalq hüquqla bağlı sözləri də bunu deməyə əsas verir. Bu baxımdan bütün bunlar nəzərə alınaraq əlbəttə, beynəlxalq hüquqa bel bağlamaq olmaz. Azərbaycan özü güclü, prinsipial, qətiyyətli olmalıdır. Bu gün biz bunu Prezident İlham Əliyevin siyasətində və yanaşmasında açıq-aydın görürük".
Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ilə bağlı məsələlərə xüsusi yer ayrılıb.
Ölkə başçısının çıxışında müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyasına diqqət yönləndirildi. Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətinə səfərbər edib.
“Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
“Böyük Qayıdış” Proqramı uğurlu şəkildə icrasında xüsusi məqam odur ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını heç bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan dövləti öz dövlət büdcəsi hesabına həyata keçirir. Qeyd edək ki, 2022-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalanıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb”.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsaitin çoxluğu “Böyük Qayıdış” proqramının daha sürətlə icrasına imkan yaradır.
Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq