Qarabag Media

Dilqəm Məhərrəmov: Baku Medical Plaza Klinikalar şəbəkəsi sizə özəl xidmətlərini təqdim etməkdədir

Tarix:19-07-2023, 17:23 Baxış Sayı:449 Kateqoriya:Səhiyyə

Dilqəm Məhərrəmov: Baku Medical Plaza Klinikalar şəbəkəsi sizə özəl xidmətlərini təqdim etməkdədir



Baku Medical Plazanın Plastik, estetik, rekonstruktiv cərrahı PhD Dr. Dilqəm Məhərrəmov - Hazırda BMP-də  25000 m2 qapalı sahədə 200 stasionar  yataqlı, 30 yataqlı reanimasiyası, laminar hava axını ilə təchiz olunmuş 16 əməliyyat otağı, 5 doğumxana və yenidoğulmuşlar üçün 25 küveyzli Reanimasiya ilə tibbi xidmət verilir. Önümüzdəki dövrdə dünyada ən qabaqcıl standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Biz, xaricdə yüksək səviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış əcnəbi mütəxəssislər, yüksək tibbi xidmətimiz, müasir tibbi avadanlıqlarımız ilə ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.
Baku Medical Plaza klinikalar şəbəkəsi sizə yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim etməkdədir.
Klinikamızda fəaliyyət göstərən mərkəzlər haqqında qısa məlumatlar:


  • Baku Medical Plazanın Mərkəz filialında fəaliyyət göstərən Ürək Sağlamlıq Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında  hər növ ürək əməliyyatları aparılır. Angio laboratoriyasında 24 saat ərzində infarkt xəstələrinə tibbi yardım göstərilir. Belə xəstələr üçün təcili yardım maşınlarında daşınma xidməti pulsuzdur. Ballon və Stent əməliyyatları əməliyyatları radial angio bilək nəbz arterindən aparılmaqla həyata keçirilir. Bu da qanaxma riski olmadan xəstənin qısa müddətdə evə buraxılmasına imkan yaradır;
  • BMP Qadın və Uşaq Sağlamlıq Mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi (o cümlədən riskli hamiləliklərin təqibi), hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar, belə əməliyyatlardan sonra yarana bilən mümkün fəsadların hərtərəfli müalicəsi aparılır;
  • Perinatoloji bölümdə riskli hamiləliklərin təqibi, genetik analizlər (ikili, üçlü və dördlü tarama testləri - Daun, Edvards və Patau sindromların aşıkar olunması), ətraflı USM və ana bətnində dölün müalicəsi həyata keçirilir;
  • Klinikamızda bütün zəruri avadanlıqlarla təchiz edilmiş Pediatriya və Neonatologiya şöbəsi, VİP pediatriya stasionarı xidmətinizdədir;
  • Yenidoğulmuşların Reanimasiyası və İntensiv Terapiya şöbəsi ən qabaqcıl tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, burada xaricdə yüksək səviyyəli təhsil almış və çalışmış təcrübəli mütəxəssislər tərəfindən xidmət göstərilir;
  • BMP-nin  Qadın və Kişi Sonsuzluğu Mərkəzində  kişi və qadın sonsuzluqlarının müalicəsi Türkiyənin məhşur Jinemed klinikası ilə birlikdə uğurla həyata keçirilməkdədir;
  • Qastroenteroloji Mərkəzdə mədə-bağırsaq, hepatit, ERCP xəstəlikləri müalicə olunur, qastroskopiya, bronxoskopiya və kolonoskopiya kimi müayinələr aparılır;
  • Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müayinə və müalicə olunmaqdadır;
  • Ümumi Cərrahiyyə Mərkəzində hər cür Abdomen, endokrin, laparoskopik cərrahiyyəsi, təcili  əməliyyatlar aparılır.
  • QBB bölümündə QBB cərrahiyyəsi, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi aparılır, eşitmə problemləri əməliyyatları, endoskopik üsulla sinus cərrahiyyəsi və s. kimi xidmətlər göstərilməkdədir;
  • Torakal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri,  bronxoskopik əməliyyatlar olunur;
  • BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, bağlı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnevmotik mühərrik sistemləri kimi qabaqcıl texnologiyalardan istifadə edilməkdədir;
  • Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə ən müasir avadanlıqlar vasitəsi ilə müalicə olunur;
  • Uroloji bölümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir;
  • Ortopediya və Travmatologiya bölümündə oynaq, sümük xəstəliklərinin müalicəsi və əməliyyatları olunur, təcili yardım servisinə travmatoloji xəstələr qəbul olunur;
  • Klinikamızın hər iki filialında Damar cərrahiyyəsi şöbəsi xidmət göstərməkdərdir. Bölümdə damar xəstəliklərinin müalicəsi, əməliyyatları (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır.
  • Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə bölümündə hər növ plastik və rekonstruktiv əməliyyatlar, saç əkimi, liposaksiya, abdomenoplastika və digər əməliyyatlar həyata keçirilir.
  • Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid  xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s. xəstəliklər müalicə olunur.
  • Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USM, Digital rentgen vasitəsi ilə diaqnostika aparılır.
  • BMP Təcilli Yardım servisində iflic, koma, infarkt - ürək çatışmamazlığı, travmalar (o cümlədən qəza sonrası), beyin qansızması, cərəyan vurması, həzm və tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.) aparılır, ilkin neonatal və pediatrik yardım göstərilir.
  • Türkiyənin məhşur Kalyon Laboratoriyalar şəbəkəsi ilə müştərək fəaliyyət göstərən Laboratoriyamızda 24 saat ərzində tam avtomatlaşdırılmış müasir cihazlar vasitəsi ilə hər növ analizlər aparılır, cavabların alınması üçün e-nəticə sistemi fəaliyyət göstərir.
Baku Medical Plaza ilə sağlam yaşa! 


Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq