Qarabag Media

Nəbi İskəndərov: Sarsılmaz birliyimizi heç bir qüvvə poza bilməz

Tarix:16-09-2022, 10:49 Baxış Sayı:137 Kateqoriya:Gündəm / Cəmiyyət

Nəbi İskəndərov: Sarsılmaz birliyimizi heç bir qüvvə poza bilməz


“Təhsil millətin gələcəyidir!”

— Heydər Əliyev 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov - “Ermənistanın son günlər dövlət sərhədində törətdiyi təxribatlar rəsmi İrəvanın revanşist meyillərinin göstəricisidir. Bu siyasət regionun təhlükəsizliyi üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Ona görə də, bu proseslərdə Ermənistan alət kimi istifadə olunur. Amma bütün hallda dövlətimiz, şanlı ordumuz qarşı tərəfin bütün təxribatlarının layiqli cavabını verir”. 

Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir. Qarşı tərəfin son təxribatları, eləcə də, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı düzgün mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Çünki Ermənistanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. 

““Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır”. Ordumuzun “Qətiyyətli cavab” əməliyyatı Ermənistanı sülhə məcbur etmək baxımından əhəmiyyətlidir.  Təəssüf ki, düşmən təxribatlarının qarşısını alarkən şəhidlər verdik. Vətən sevgisini öz canından artıq tutan qəhrəman hərbçlərimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan xalqı böyük və güclü xalqdır. Xalqımız qəhrəman oğullarımızla hər zaman qürur duyur!

Rəşadətli  Ordumuzun, qəhrəman hərbçilərimizin düşmənə verdiyi layiqli cavab, düşmən mövqelərinin darmadağın edilməsi Ermənistanı, onun havadarlarını  və antiazərbaycançı qüvvələrin əlində alət olan radikal müxalifəti ciddi narahat edir: “Bu səbəbdən də, ermənipərəst dairələrə xidmət edən radikallar dövlətimizə qarşı böhtan kampaniyasına başlayıblar. Onların sırasına həm xaricdəki ünsürlər, həm də daxildəki qruplar daxildir. AXCP sədri Əli Kərimli, “ziyalı” Altay Göyüşov, Sevinc Osmanqızı, və digərləri öz mövqeyi ilə düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Onlar şəhidlərimizdən öz siyasi məqsədləri üçün istifadə edir, əsassız manipulyasiyalar etməyə çalışırlar. Belə əməllərin adı isə satqınlıq və milli xəyanətdir. Məlumdur ki, radikallar 44 günlük Vətən müharibəsində də qazandığımız şanlı qələbəyə kölgə salmağa cəhd edirdilər. Bütün bunlar isə əlk növbədə şəhidlərimizin ruhuna hörmətsizlik, sayğısızlıqdır. Ona görə də, bu gün cəmiyyətimiz satqınları və xəyanətkarların mövqeyini kəskin etirazla qarşılayır. Bir çox şəhid ailələri də onların əməllərinə etirazlarını bildirir və cəzalandırılmalarını tələb edirlər. Radikallar başa düşməlidirlər ki, tutduqları yol yanlış yoldur və düşmən maraqlarına xidmət edir. Xalqımız bu səbəbdən də onları heç zaman bağışlamayacaq”.

Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə xidmət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr isə regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanətidir. “13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Və Azərbaycan xalqı Prezidentimiz və ordumuzun ətrafında sıx birləşib. Bu sarsılmaz birliyi heç bir qüvvə poza bilməz! Digər bir hədəfimiz isə böyük qayıdışın təmin olunmasıdır. Dövlətimizin azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri bu hədəfə hesablanıb”.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq