Qarabag Media

Şəhid Həmidağa Hüseynzadənin anım günü qeyd olunub

Tarix:13-08-2022, 21:55 Baxış Sayı:225 Kateqoriya:Gündəm / Cəmiyyət

Müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Ali Hərbi Məktəbin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır.
Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ – Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar.
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsi olan, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Qarabağ” ordenli, eləcə də Vətən müharibəsində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında şəhid kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun cənnətdəki 2-ci doğum günü qeyd olundu.  Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. 
Həmidağa Hüseynzadə Vətənə xidmət peşəsini – zabitlik peşəsini seçən silahdaşları kimi böyük arzularla yaşayırdı. Kəlbəcər uğrunda döyüşlərdə cavan ömrü yarıyolda qırılsa da, bütün şəhidlərimiz kimi onun da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu”.
Şəhid kapitan Həmidağa Hüseynzadə ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, Nəsimi RİH-nin başçısı Asif Əsgərov, Yasamal RİH başçısının 1-ci müavini, Abşeron RİH-nin başçısı Abidin Fərzəliyev, “Qayğıya Ehtiyacı olan və Əlillərə Dəstək” İB-nin sədri Yasəmən Qəyyumlu, “AZTV”, “Xezetv.info”-nun baş redaktoru Fərid Faiqoğlu, “Ulusestv.az” internet televiziyasının baş redaktoru Şamil Cəfər, “Millitv”-nin əməkdaşları və digər KİV nümayəndələri, incəsənət xadimləri, təhsil aldığı bağça və məktəb direktorları, natiqlər, xüsusi təyinatlı təhsil müəssisələrinin, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhid Həmidağa Hüseynzadənin məzarını ziyarət edib, qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.
Sonra iştirakçılara “Gold Baku” Palacda ehsan süfrəsi verilmişdir. Natiqlər məclisdə çıxış edərək şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Vətənə Həmid kimi igid oğul bəxş edən valideynlərə minnətdarlıqlar edildi. Şəhidin ruhuna Quran və dualar oxundu.
Bir övladı yadigar qalan şəhid Həmidağa Hüseynzadənin xidmətləri də ölümündən sonra dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni, döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə bir çox medallarla təltif olunub.
Şəhidlər xiyabanından başlanan tədbir sonda şəhidin “Yol ver dağlar, yol ver gedim Kəlbəcərə tələsirəm” adlı kitabın təqdimatı ilə sona çatdı. 

Fərid Səfərov (Faiqoğlu)
AJB-nin üzvü





















 

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Gəncənin Kommunal Sahəsində Etibarlı Əl: Elşad Əsgərovun Peşəkarlığı və Fədakarlığı
Ağdamın Maliyyə Sütunu: Asim Muradovun Peşəkarlığı və İnamla İdarəetmə Əzmi
Rafiq Zülfiqarov: Qarabağdan inkişaf yolu
Nizami Mayılov – şəhərin nəfəsini duyan rəhbər
Tofiq Hüseynov – Əmək, keyfiyyət və xalq xidmətinin çörək qədər müqəddəs ünvanı
Rəşad Cəbrayılov – Dövlətə sədaqət, xalqa xidmət və vəzifəyə vicdanla yanaşma nümunəsi
Xalqına Bağlı, Dövlətinə Sədaqətli Rəhbər – Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Şəhər Nəqliyyatında Keyfiyyətli Xidmətin Siması – “Xaliq Faiqoğlu” MMC-nin Baş Direktoru Faiq Seyidov
Səliqə, Sədaqət və Sistemli İdarəetmənin Ünvanı – Fəxrəddin Məmmədovun Xidmət Yoluna Baxış
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Əhməd Əhmədzadə – Dövlət idarəçiliyində təcrübə, təmkin və strateji baxışın simvolu
Məhərrəm Şəfiyev – Ərzaq təhlükəsizliyinə, yerli istehsala və iqtisadi inkişaf strategiyasına sadiq bir lider
Rayonun inkişafına yönəlmiş strateji idarəçilik – Ramo Hacıyev Zərdabda davamlı irəliləyişə töhfə verir
Sumqayıtın Əməksevər İnam Simvolu: Tofiq Hüseynovun Rəhbərliyi ilə “Sumqayıt Çörək” ASC-nin Uğurlu İnkişaf Yolu
Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var
Vüqar Nağıyev: Novruz milli kimlik nişanəmizdir
Hafiz müəllim: Novruz bayramı – milli dəyərlər, birlik və həmrəyliyin təcəssümü
Əsəd Qurbanov – Peşəkar Təhsilçi, Gənclərin Bilikli və Vətənpərvər Fərd kimi Formalaşmasına Xidmət edən Rəhbər
Ziyəddin Quliyev – Azərbaycanın Enerji Sektorunun Güclü və Peşəkar İdarəçisi
Məmməd Musayev – Azərbaycanın Kənd Təsərrüfatı və Sahibkarlıq Sektorunun Güclü Dəstəkçisi
Ramil Bayramov – Tərtər Rayonunun 29 Saylı Yol İstismar İdarəsinin Peşəkar və Fədakar Rəhbəri
Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, İqtisadiyyat üzrə Fəlsəfə Doktoru və Uğurlu İdarəçi
Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
Qara Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Rəhbər Kadrı
Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsinin Peşəkar Rəhbəri
Tamerlan Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Peşəkar Mətbuat Xidmətinin Rəhbəri
Namizəd İsmayılov – Qaradağ Rayonunun İnkişafına Töhfə verən Lider
Müstəqim Məmmədov – Tərtərin İnkişafına və Xalqın Rifahına Həsr Olunmuş Lider
Elmira Həkim, İmişli və ətraf bölgələrdə qadın sağlamlığının qorunması, doğuş və ginekoloji problemlərin həlli sahəsində böyük xidmətləri olan, öz işinə sevgi və məsuliyyətlə yanaşan bir mütəxəssisdir