Qarabag Media

Zamiq Qurbanov: Azərbaycan beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir

Tarix:7-07-2022, 12:32 Baxış Sayı:109 Kateqoriya:Gündəm / Siyasət

Zamiq Qurbanov: Dünya dövlətlərinin Azərbaycana olan hörmət, inam və etimadi sonsuzdur

Cəbrayıl Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov - Ümummili lider Heydər Əliyevin daxili və xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən güclü və qüdrətli dövlət quruculuğu strategiyası ilə davam etdirilir. Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.
“Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrdə yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkədə öz nəticələrini verməkdə olan dərin iqtisadi islahatlar aparılmış, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və sənaye potensialının gücləndirilməsi  sahəsində lazımi tədbirlər həyata keçirilmiş, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırmaqla yanaşı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrilmişdir.  
Məhz Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri  arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji tərəfdaşlarından birinə çevrilmişdir.
Dünya arenasında Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqeyə malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir və bu mötəbər qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyildir.
Dərin məzmunlu çıxışı ilə müzakirələrə yol açan Prezident  İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın  ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatının Parlament şəbəkəsinın yaradılmasının  ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırmaqla, gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verməsi tutarlı əsaslara söykənir. Göründüyü kimi, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq,  fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib.
Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini məmnunluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin  uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.
Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, BMT Təhlükəsizlik şurasının qətnamələrinin kağız üzərində icra olunmamış qaldığını, Minsk qrupunun münaqişənin mümkün ədalətli həllini kənara ataraq münaqişənin əbədi qalmasına çalışdığını, nəhayət 2020-ci ilin payızında apardığımız Vətən müharibəsində haqlı tərəf kimi  ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələr həmin zaman Azərbaycana  qarşı qarayaxma, böhtan kampaniyasına başladılar. Bütün bunlar azmış kimi, bəziləri  işğalçıya qarşı haqq mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT və onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst  qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir. Xoş gələcəyə köklənmiş real fəaliyyəti ilə ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir.

Ad:*
E-Mail:
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
SON XƏBƏRLƏR
Bayram Muradov qazilərin, şəhid ailələrinin hər zaman yanındadır
Hacı Məhərrəm Novruzov: Nəyi deyiriksə, onu da edirik
Rəhim müəllim: Liderlik nümunəsi
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
QHT rəhbəri Qurban bayramını şəhid ailələri və qazilərlə qeyd edib
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
Xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - Nord Hotel “Əxlaqsızlıq yuvasıdır” - Cənab Vilayət Eyvazovun nəzərinə
Nömrə və katibə məsələsinə olduqca həssas yanaşması Manaf Manafova hansı qiymətə başa gəlir
Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin
Tariximizin ən şanlı və Parlaq səhifəsi
Arzularına çatmayan "iş adamı" qərəzli mövqedən...
Namizəd İsmayılov insanları niyə dinləmir..?cənab Prezidentin nəzərinə
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
QARABAĞIN MUSIQI DÜNYASI – MANAF AĞAYEV
Xalid Quluzadə: Məsuliyyətli və şərəfli missiya
Bazarda əxlaqsızlıq yuvası aşkarlandı
Özünü Sahil Babayevin dostu adlandıran şəxs Balakən rayon sakinin aldadıb
QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO
Qərbi Azərbaycan İcmasında Ağbaba-Şörəyel mahalının nümayəndələri ilə görüş keçirildi
QHT nümayəndələri İsmayıllı rayonunda "Qəhrəman anası" adlı tədbir keçirib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər
Qərbi Azərbaycan İcmasında Veteranlarla görüş
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır
Zeferyolu.az informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının təqdimatında parapsixoloq və ekstranses Etibar Nəsibovla müsahibəsi
Sabirabad Dövlət Sosial İqtisad Kolleci rüşvəti normaya çevirib
20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq