Bakıda sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxanlar cərimələnib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, Abşeron Rayon İcra Hakimiyyətinə məxsus avtomobilin və digər nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbiri seçilib.
O qeyd edib ki, həmin avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 100 manat və 4 bal cərimə edilib.
İlhamə Əbülfət
15:40
Bakıda qayda pozan sürücülərin görüntüsü yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Qayda pozan avtomobillərin sırasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub.
Belə ki, icra başçısına məxsus 01-AA-001 BMW, həmçinin 99-KS-287 KIA, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes-Benz”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes-Benz” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıblar.
Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar.